Azərbaycan İdeyası

Bu turizm seherinde Qarabag parki acila biler

Tarix:28-09-2017, 17:28
Baxış Sayı:604

  Bu turizm seherinde Qarabag parki acila biler

Antakyada konfrans keçirmək üçün bu bölgəyə səfər edən millət vəkili Qənirə Paşayeva Antakya bələdiyyə başqanı İsmayıl Kimyeci ilə görüşüb.
Korrupsiya-q.az axar.az-a istinadən xəbər verir ki, millət vəkilinin qədim Antakyada Azərbaycan küçəsi və Qarabağ parkı təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.
Q.Paşayeva görüş zamanı qədim Antakyanın da Azərbaycan bölgələrindən biriylə qardaş olaraq görmək istədiyini qeyd edib.
O, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Antakyanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib.
Hər il on minlərlə turistin ziyarət etdiyi qədim Antakyada Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını bildirən millət vəkili gənc nəsillərimiz üçün bu addımın vacibliyini xüsusi vurğulayıb.
Antakya bələdiyyə başqanı Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini deyib.
O, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını və Qənirə Paşayevanın qədim Antakyada Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını deyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı