Azərbaycan İdeyası

LƏYAQƏTSIZ VƏRƏSƏYƏ PROKUROR DƏSTƏYİ

Tarix:13-11-2015, 16:29
Baxış Sayı:672


Vərəsəlik hüququ yeganə hüquq sahəsidir ki, özündə ümumi olmadan konkret iddia müddətləri nəzərdə tutur. Məsələn, Mülki Məcəllədə vərəsəlik hüquq münasibətlərindən doğan mübahisələr üçün ümumi iddia müddəti yoxdur, lakin konkret olaraq vərəsəlik mübahisələri üçün (məsələn, vərəsənin ləyaqətsiz vərəsə hesab olunması) iddia müddəti nəzərdə tutulmuşdur.
Ümumi iddia müddətinin nəzərdə tutulmaması isə vərəsəlik hüquq münasibətlərindən doğan mübahisələrin tənzimlənməsində müəyyən çətinliklər meydana gətirir. Bu çətinliklrin başlıca səbəbi vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların tarixmizdə olan adət-ənənələr əsasında deyil, gəlmə hüquq və davranış qaydaları əsasında formalaşmasıdır. Məsələn, 1751-1752-ci illərdə indiki Zaqatala rayonunun ərazisində Car-Tala camaatının yığıncağı əsasında qəbul edilmiş “Car-Tala Qanunnaməsi”ndə vərəsəlik münasibətlərində daşınar əmlakın varislər arasında bölüşdürülməsi üçün 40 illik iddia müddətinin, daşınmaz əmlaka münasibətdə isə 60 illik iddia müddətinin müəyyən edilməsi nəzərdə tutulurdu.
Təəssüf ki, Mülki Məcəllədə vərəsəlik hüququ sahəsini işləyib hazırlayanlar Azərbaycan hüquq tarixində vərəsəlik münasibətlərinə diqqət yetirməmişlər. Bu müstəvidə olan mübahisələrdən biri də bizim qəzetin oxucularının müzakirəsinə təqdim olunmuşdur.
Redaksiyamıza Bakı şəhər 73, Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 36-da yaşayan Ələkbərov Şakir Əsgər oğlunun ərizəsi daxil olmuşdur. Ş. Ələkbərov bildirir ki, yuxarıda göstərilən ünvanda ailəsi və digər qohumlarıyla birlikdə yaşayırlar, ev şəxsi mülkdür və həmin mülki onlar vərəsə qaydasında qəbul etmişlər: “Bizə məxsus olan evin təcrid olunmuş 1 otağında bizlə heç bir qohumluq əlaqəsi olmayan Əbdülhəlimov Məcid Minhac oğlu ailəsi ilə birlikdə yaşayır. Ona mübahisəli otaq bizim razılığımızla müvəqqəti olaraq verilmişdir. Ailə üzvlərimizin sayının artması ucbatından bizim mənzil şəraitimiz pisləşmişdir. Bu səbəbdən mən Əbdülhəlimova ailəsi ilə birlikdə mübahisəli mənzili boşaltmasını təklif etmişdim. Lakin o...


Eyni səbəblə əlaqədar, ancaq daha ətraflı digər şikayəti Ş. Ələkbərovun bacısı Hüseynova Gülnaz Əsgər qızı əslini Ali Məhkəmənin sədrinə, surətini isə bizim qəzetə göndərmişdir. Həmin şikayətnamədən oxuyuruq:
“Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01.02.2003-cü il tarixli qətnaməsi ilə Əbdülhəlimov Məcid Milhacı oğlunun maraqlı şəxs Bakı şəhəri Tİ və MHQİ-ə qarşı qohumluq faktının müəyyən olunması, vərəsəlik əmlakını qəbul edilməsi və mülkiyyət hüququnun tanınmasına dair ərizəsi təmin edilmiş, ərizəçinin Fətəli Nur Əli oğlunun nəvəsi olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ondan miras qalmış Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 36 saylı ünvanda yerləşən sahələri 22.5 və 12 kv.m. olan otaqları qəbul etməklə ona vərəsəlik hüququnun tanınması və qeydiyyat vəsiqəsinin verilməsinin həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, 08 aprel 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən G.A.Quliyev, hakimlər R.Ə.Ağayev və S.Ə.Məmmədov, iş 2(103)-382/08) şikayətə baxaraq bu iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.12.2003-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul etmişdir.
Apellyasiya Məhkəməsinin bu qətnaməsindən də Ali Məhkəməyə kassasiya şikayəti verilmiş, 16 iyul 2008-ci ildə Ali Məhkəmə (sədrlik edən Q.Ə.Allahverdiyev, hakimlər V.Ə.İbayev və A.S.Hüseynov) şikayətə baxaraq onu təmin etməmiş və Apellyasiya Məhkəməsinin 08 aprel 2008-ci il tarixli qətnaməsini dəyişdirilmədən öz qüvvəsində saxlamışdır.
Mən işdə iştirak edən şəxs, bu məhkəmə iclaslarında tərəf və ya üçüncü şəxs kimi iştirak etməmiş, adı çəkilən məhkəmə aktlarını da xeyli sonra əldə etmişəm. Məhkəmə aktları ilə tanışlıqdan sonra hesab edirəm ki, bu məhkəmə aktları adı çəkilən ünvanda yerləşən miras əmlakın bölüşdürülməsi zamanı ümumi paylı mülkiyyətçi kimi mənim hüquqlarım pozulub, məhkəmələr işdə iştirak etməyə cəlb olunmamış şəxs kimi mənim hüquqlarım pozulmuşdur. İşdə iştirak etməyə cəlb olunmayan şəxs olduğundan AR MPM-nin 432-ci maddəsinə əsasən AR Ali Məhkəməsinin sədrindən Plenuma təqdimat verməsi barədə müraciət edirəm”.
G. Hüseynova mübahisənin mahiyyətini belə izah etmişdir:
“Mübahisənin mahiyyəti ilə bağlı göstərirəm ki, ərizəçi Əbdülhəlimov Məcid Milhacı oğlu ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək Fətəli Nur Əli oğlunun onun ana xətti ilə babası olması, ondan miras qalmış Bakı şəhəri, Ə.Ələkbərov küçəsində yerləşən 36 saylı evin 3/12 hissəsində yerləşən sahələri 22.5 və 12.0 kv.m olan otaqların qəbul etməsi faktının müəyyən edilməsi və həmin otaqlara onun mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilən qaydada mübahisəni həll etmiş və qətnamə qəbul etmişdir.
Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 36 saylı ünvanda yerləşən ev, ümumi paylı mülkiyyətdədir. Evin 1/2 hissəsi 073498 nömrəli, 14.02.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən bizə – Ələkbərov Şakir Əsgər oğluna (qardaşım), Ələkbərov Zakir Əsgər oğluna (qardaşım), Ələkbərov Vahid Əsgər oğluna (qardaşım), Ələkbərova (Hüseynova) Gülnaz Əsgər qızına (özüm), Həsənov Eldar Gülmərdan oğluna məxsusdur, qalan hissə isə digər şəxslərə məxsusdur.
Məhkəmələr bu mübahisəni həll edən zaman aşağıda göstərilən prosessual hüquq normalarını pozmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 01.12.2003-cü ildə bu işə baxarkən ərizəçi Əbdülhəlimov Məcid Milhacı oğlunun Fətəli Nur Əli oğlunun nəvəsi olmasına dair hüquqi əhəmiyyəti olan faktı, Əbdülhəlimov Məcid Milhacı oğlunun anası Əbdülhəlimova Ruqiyyə Nur Əli qızı ilə birlikdə Fətəli Nur Əli oğlundan miras qalmış Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 36 saylı ünvanda yerləşən sahələri 22.5 və 12.0 kv.m olan otaqları qəbul etməsi faktını müəyyən etmişdir. Bundan əlavə, bu qətnamə ilə birinci instansiya məhkəməsi MPM-nin 307-ci maddəsində nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılmalı olan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə yanaşı, ərizəçi Əbdülhəlimov Məcid Milhacı oğlunun Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 36 saylı evdə yerləşən sahələri 22.5 və 12.0 kv.m olan otaqlara qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin hüquqların BTİ və MHQİ-də qeydə alınması və qeydiyyat vəsiqəsinin verilməsi barədə ümumi iddia icraatı qaydasında baxılmalı olan işə birlikdə baxaraq, həm xüsusi icraat işini, həm ümumi iddia işini bir icraatda birləşdirib baxmış və münasibətə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə olan MPM-nin 307-308-ci maddələrini tətbiq etmişdir.
Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Apellyasiya Məhkəməsi də özünün 08 aprel 2008-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi hüquq haqqında mübahisə olduğunu müəyyən etməsinə baxmayaraq, hakim ərizəni baxılmamış saxlamalı olduğu halda, birinci instansiya məhkəməsi ərizənin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsinə baxıb, vərəsəlik hüququnun tanınması, hüququn qeydiyyatı və qeydiyyat vəsiqəsinin verilməsi hissəsini isə baxılmamış saxlanılmalı, bu barədə qərardad qəbul edilməli idi.
Birinci instansiya məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verilmiş və şikayətdən də görünür ki, bu işdə hüquq haqqında mübahisə olduğu halda, bu qətnamə mülkiyyətçi kimi bizim hüquq və mənafeyimizə toxunduğu halda Apellyasiya Məhəkəməsi MPM-nin qeyd olunan normaları birinci instansiya məhkəməsi pozduğu halda bu qətnaməni ləğv etməmişdir.
Apellyasiya Məhəkəməsi özünün 08 aprel 2008-ci il tarixli qətnaməsində qeyd edir ki, Yasamal rayon Məhkəməsinin 22 iyul 1998-ci il tarixli qətnaməsi ilə qardaşım Ələkbərov Şakir Əsgər oğlu və qeyrilərinin iddiaları qismən təmin edilərək Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 36 saylı evin “Q” tikintisinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28 və 29 saylı tikililər onların payına ayrılmış, həmin evin A. B, V və Q tikilisinin 24, 25, 26 və 27 saylı tikililəri açıq miras əmlak kimi Fətəli Nur Əli oğlu və Yaqub Nəcəfovun adında saxlanmışdır.
Apellyasiya Məhəkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti vermiş qardaşım Şakir Ələkbərovun həmin mənzilə mülkiyyət payının müəyyən edilməsinə dair hissədə iddiası rədd edilmiş, eyni zamanda həmin mənzil miras əmlak kimi ərizəçinin (Əbdülhəlimov Məcid Milhacı oğlu) babası Fətəli Nur Əli oğlundan miras qalmış əmlak kimi adında saxlanmışdır.
Bu hissədə Apellyasiya Məhəkəməsi birinci instansiya məhkəməsinin 22 iyul 1998-ci il tarixli qətnaməsini təhrif etmişdir. Belə ki, qətnamənin nəticə hissəsindən görünür ki, açıq miras əmlak təkcə Fətəli Nur Əli oğlunun deyil, həm də Yaqub Nəcəfovun adında saxlanmışdır. Ərizəsi Əbdülhəlimov Məcid Milhacı oğlu isə təkcə öz babası Fətəli Nur Əli oğlunun deyil, həm də heç bir qohumluq əlaqəsi olmayan özgə şəxs Yaqub Nəcəfovun da açıq qalmış mirasına bu məhkəmə qətnamələri ilə yiyələnmişdir.
Bakı şəhər məhkəməsinin MİÜMK-nin 3K-6-90 saylı 1997-ci il tarixli qərardadından görünür ki, mübahisə olunan evin naturada bölgüsü vaxtı məhkəmə iclasında cavabdehlər, miras qoyan Fətəli Nur Əli oğlunun və Yaqub Nəcəfovun vərəsələri “A, B” tikililərinin onların mərhum babaları Fətəli Nur Əli oğluna, “V” tikilisinin Yaqub Nəcəfova satılmasını, “Q” tikilisinin isə bütövlükdə iddiaçıların, yəni Ələkbərovların istifadəsində qalmasını və bu qaydada mülkün bölünməsini xahiş etmişlər. İş üzrə Fətəli Nur Əli oğlunun vərəsələri A.X.Fətəliyev, C.X.Fətəliyev, A.X.Fətəliyev, K.X.Fətəliyeva cavabdeh kimi cəlb olunmuş, qeyd olunan qaydada, yəni “Q” tikilisinin bütövlükdə iddiaçılara – Ələkbərovlara verilməsini xahiş etmişlər: Miras qoyan Yaqub Nəcəfovun oğlu vərəsə Nəcəfov Həsən Yaqub oğlu da cavabdeh kimi cəlb olunmuş, o da eyni məzmunda xahiş etmiş və eyni zamanda bu barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə də təqdim edilmişdir (həmin ərizələr mülki iş materiallarında vardır).
Ərizəçi Əbdülhəlimov Məcid Milhacı oğlu miras qoyan Fətəli Nur Əli oğlunun qız nəvəsidir. Ərizəçi birinci instansiya məhkəməsinə Fətəliyev Akif Xeyrulla oğlunun, Sədulla Fətəli oğlunun, Əbdülhəlimova Ruqiyyə Fətəli qızının Fətəli Nur Əli oğlundan miras qalmış Ə.Ələkbərov küçəsi 36 saylı evdə yerləşən sahələrin Əbdülhəlimov Məcidin xeyrinə imtina etmələri barədə ərizələrini təqdim etmişdir.
Lakin Fətəli Nur Əli oğlunun oğlu – birinci növbədə vərəsə Fətəliyev Xeyrulla Fətəli oğlu kənarda qalmış və birinci növbə vərəsə olduğu halda dəvət olunmamış və bütün paya ərizəçi – nəvə yiyələnmişdir. Bununla da məhkəmə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası MM-nin 532-ci maddəsinin normalarını pozmuşdur. Belə ki, miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Ərizəçi M.Əbdülhəlimov valideynlərinin sağ olduğu dövrdə babadan qalmış mirasa yiyə durmuşdur.
Birinci instansiya məhkəməsi özünün 01 dekabr 2003-cü il tarixli qətnaməsində mirasın açıq qalmış miras kimi Fətəli Nur Əli oğlunun və Yaqub Nəcəfovun adında saxlandığını qeyd etmiş, lakin yekunda bütün mirası digər birinci növbə vərəsələri dəvət etmədən və Yaqub Nəcəfovdan miras qalmış və onun vərəsəsi olmayan ərizəçi Əbdülhəlimov Məcid Milhacı oğlu üçün bu mirası qəbul etməsi, həmin miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və bu hüququn qeydə alınmasını qət etmişdir. Məhkəmənin bu qətnaməsi ilə bilavasitə mənim hüququm o hissədə pozulmuşdur ki, miras qoyan Yaqub Nəcəfovun vərəsəsi Həsən Nəcəfov və digərləri Ə.Ələkbərov küçəsi 36 ünvanında yerləşən “Q” tikilisinə heç bir iddiaları olmadığını, bu tikilinin bütövlükdə qardaşım iddiaçı Şakir Ələkbərov və digər iddiaçılara, yəni bizlərə verilməsini məhkəmələrdən xahiş etmişdir, lakin məhkəmələr bu şəxsləri maraqlı şəxs və ya tərəf kimi cəlb etməmiş, onların da payını qanunsuz olaraq buna hüququ olmayan şəxsə – ərizəçiyə vermişdir. Əgər məhkəmələr həm digər paylı mülkiyyətçiləri, həm də Həsən Nəcəfovun Xeyrulla Fətəliyevi dəvət etsəydi, bu hissədə aydınlıq gətirməklə mənim və bu şəxslərin hüquq və mənafeyinə toxunan qətnamə qəbul olunmazdı.
Göstərilənlərlə bağlı qardaşım Ş.Ələkbərov tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilməyinə və bu halların iş materialları ilə təsdiq olunmasına baxmayaraq, Ali Məhkəmə ədaləti bərpa etməmiş, paylı mülkiyyətçi kimi mənim və ərizədə adı çəkilən şəxslərin mülkiyyət hüquqlarını pomuşdur.
Azərbaycan Respublikası MPM-nin 432-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəhb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermə hüququna malikdir. Bu işdə həm mənim, həm də işə cəlb olunmayan məhkəmə aktları ilə maraqlarına toxunan Həsən Nəcəfovun, Xeyrulla Fətəliyevin hüquqları pozulduğundan bu pozulmuş hüquqların müdafiəsi üçün işin Ali Məhkəmənin Plenumunda baxılması üçün Ali Məhkəmənin sədrinin təqdimat verilməsinə ehtiyac vardır.
Azərbaycan Respublikası MPM-nin 424.2.2-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqların pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələləri həll etmişsə, bu kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslardan biridir.
İş materiallarından görünür ki, ümumi paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 36 saylı evin bizə məxsus “Q” tikilisində olan 22.5 və 12 kv.m sahələri əsassız olaraq ərizəçi Əbdülhəlimov Məcid Milhacı oğluna verilmişdir.
Azərbaycan Respublikası MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanımasını tələb etmək ixtiyarı vardır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər.
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 423, 424-cü maddələrini rəhbər tutub xahiş edirəm:

Bu iş üzrə Ali Məhkəmənin 16 iyul 2008-ci il tarixli 2(102)-1997/08 saylı qərarının və onunla bağlı Bakı Apellyasiya Məhəkəməsinin 01 dekabr 2003-cü il tarixli 2(103)-382/08 saylı qətnaməsinin ləğv olunması üçün Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini, işə yenidən apellyasiya qaydasında baxılmasını Sizdən xahiş edirəm”
Redaksiyaya təqdim olunmuş materiallar arasında Ş. Ələkbərovun Bakı şəhər prokuroruna yazdığı ərizənin də surəti vardır ki, bu artıq məsələnin tərəflərin birinin xeyrinə çözülməsində vəzifəli şəxsin maraqlı olduğuna dəlalət edir. Ələkbərov yazır ki, Əbdülhəlimov onu prokurorluğun mülki şöbəsinin prokuroru Əhməd Həsənov adlı əməkdaşla hədələyib: “Vəziyyətin belə olmasını nəzərə alaraq, onun mübahisəli evi boşaltması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Qeyd olunan iddiam 2000-ci il mart ayının 31-nə təyin olunmuşdur. Lakin işə həmin gün baxılması üçün mən və digər qohumlarımla məhkəməyə gələndə bizə bildirdilər ki, bizim mülki işi adı çəkilən sizin əməkdaşınız Əhməd Həsənov, sizin məktub əsasında işin guya öyrənilməsi üçün tələb edib. İşin tələb olunması, sadəcə olaraq sizin əməkdaşınızın, Əbdülhəlimov Məcidə kömək məqsədi ilə mülki işi məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasını yubatmaqdır. Hesab edirəm ki, sizin imzanızla adi bir mülki işin heç bir səbəb olmayan şəhər prokurorluğu tərəfindən tələb olunması sizə qarşı sizin əməkdaşınız tərəfindən hörmətsizlik və vətəndaşların qanunla qorunan hüquqlarının tapdalanması, pozulması deməkdir.
Hörmətli prokuror!
Nəzərinizə çatdırıram ki, mənim Əbdülhəlimovun qanunsuz hərəkətlərindən inzibati orqanlara verdiyim şikayətlərin baxılmasına əməkdaşınız Əhməd Həsənov maneçilik törədir. Belə hallar çoxdur, ona görə də mən sizə rəsmi müraciət etmək qərarına gəldim.
Hörmətli Ədalət müəllim!
Sizin qanun keşiyində vicdanla durduğunuz artıq bütün şəhər sakinlərinə məlumdur. Ancaq Əhməd Həsənovun qanunsuz hərəkətləri sizin rəhbəri olduğunuz Bakı şəhər prokurorunun adına ləkə gətirir. Ona görə də hesab edirəm ki, onun tutduğu qanunsuz hərəkətlərə qarşı Siz barışmaz mövqedə olmalısınız.
Yuxarıda qeyd olunanlara nəzərə alaraq Sizdən əməkdaşınız Əhməd Həsənov tərəfindən Yasamal rayon məhkəməsindən tələb olunmuş mülki işin təcili məhkəməyə qaytarılmasına və Əhməd Həsənova qarşı qanunla nəzərdə tutulan ciddi tədbir görməyinizi xahiş edirəm”
Bu havadarlığın hadisələrin sonrakı gedişinə necə təsir etdiyi oxuculara artıq məlumdur. Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO