Azərbaycan İdeyası

Xəzərdə quşların kütləvi ölümü olubmu? (RƏSMİ)

Tarix:28-01-2020, 13:56
Baxış Sayı:117


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin İran sektorunda köçəri quşların, o cümlədən 2000-dən çox flaminqo quşunun kütləvi ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə "Report”a açıqlamasında qeyd edib ki, mətbuatdan xəbər tutduqdan sonra dərhal Xəzər dənizinə sərhəd olan ərazilərə baxış keçirilib.
Nazirlik rəsmisi əlavə edib ki, baxış nəticəsində ilkin olaraq belə hal qeydə alınmadı. Hazırda monitorinq qrupları yaradılıb, bütün ərazilər ciddi təftiş olunur: "Əgər belə hal olsa, quş cəsədləri götürülərək Baytarlıq laboratoriyasına veriləcək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində təhlil olunacaq və hadisənin hansı səbəbdən baş verməsi müəyyən ediləcək. Ancaq hazırda belə fakt qeydə alınmayıb. Təbii ki, belə hal istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”.
Xatırladaq ki, İran rəsmiləri köçəri quşların kütləvi ölümünün səbəbini tam bilməsə də, qanunsuz balıq ovu ilə məşğul olanların suyu zəhərlədiyi ehtimalını iddia edir. İran rəsmiləri flaminqoların ölüm sayının 5 minə çata biləcəyini güman edirlər.

OXŞAR XƏBƏRLƏR
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür