Azərbaycan İdeyası

Novxanı çimərliyində İYRƏNC MƏNZƏRƏ - VİDEO

Tarix:2-08-2016, 11:03
Baxış Sayı:347

Novxanı çimərliyində İYRƏNC MƏNZƏRƏ - VİDEO
Novxanı ərazisində yerləşən çimərliklərdən birində kanalizasiya suyunun Xəzər dənizinə birbaşa axıdılması müşahidə olunub.

Criminal.az bildirir ki, report faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edib. Müraciətdən dərhal sonra nazirlik aiddiyyəti üzrə işçilərini hadisə yerinə yönləndirib. Araşdırmanın nəticəsi barədə report-a açıqlama verən ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirib: "Əməkdaşlarımız faktı araşdırarkən Novxanı bağlar massivində formalaşan çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasını müəyyən ediblər.

Faktla bağlı "Bağlar Sukanal" İdarəsinin rəisi İlqar Abdullayev İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci madəsinə əsasən, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub. Aşkar olunmuş ekoloji pozuntunun aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli məcburi göstəriş verilib".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı