Azərbaycan İdeyası

Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO

Tarix:28-01-2020, 14:17
Baxış Sayı:95


Təbiətin ən füsunkar guşəsində, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Kiş kəndi turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Xüsusilə həftə sonları kəndin daş döşənmiş yolları ilə turistlərin dəstə-dəstə axışması burada adi hal sayılır. Qədim Kiş Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına çox böyük töhfələr vermiş məşhur insanların yurdudur. Bu kəndin hər daşında, hər döngəsində bir tarix yaşayır. Sakinləri də qonaqpərvərliyi, açıq ürəkliliyi və səmimiyyəti ilə seçilirlər. Bu gün də Kiş kəndində xüsusi canlanma vardı. Əhali kəndin mərkəzinə axışırdı. Bu günkü qonaq Kişlilərin çox yaxşı tanıdığı və dərin rəğbət bəslədiyi Cavanşir Feyziyevdir. Deputatlığa namizəd Cavanşir Feyziyev özü də etiraf edir ki, son 10 ildə seçki dairəsi ərazisində ən çox ziyarət etdiyi yaşayış məntəqəsi məhz Kİş kəndi olub. Cavanşir Feyziyevin seçki təşviqatı ilə bağlı tədbirə qatılanların simalarında təmənnasız bir səmimiyyət və rəğbət hiss olunurdu. Görüşü Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Kiş kəndinin seçilib -sayılan ziyalı alimi, şair Vaqif Aslan açdı. Keçən illər ərzində Cavanşir Feyziyevin Kiş kəndinə səfərlərindən, Kİş əhalisi ilə müntəzəm əlaqəsindən söz açan şair Vaqif Aslan görüşə gələn kənd sakinlərinin həvəslə seçkilərdə iştirak edəcəyini və növbəti seçkilərdə də məhz Cavanşir Feyziyevi dəstəkləyəcəyini əminliklə vurğuladı. Çıxış edənlər son 10 il ərzində Cavanşir Feyziyevlə mütəmadi əlaqədə olduqlarını, kəndin sosial problemləri ilə bağlı qaldırılan məsələlərə deputat tərəfindən xüsusi diqqət göstərildiyini qeyd edərək, qarşıdan gələn parlament seçkilərində növbəti dəfə ona etimad göstərəcəklərini qeyd
edirdilər.

Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO