Azərbaycan İdeyası

MSK 9 BƏLƏDIYYƏDƏ SEÇKININ NƏTICƏLƏRINI LƏĞV EDIB, 12 MƏNTƏQƏ SEÇKI KOMISSIYASI BURAXILIB

Tarix:13-01-2020, 13:22
Baxış Sayı:140


Mərkəzi Seçki Komissiyası (MSK) 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
Bunlar 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsidir.
Həmçinin 39 seçki məntəqəsi üzrə seçkinin nəticələri etibarsız sayılıb. Sənəddə yol verdiyi nöqsanlara görə eyni zamanda 12 məntəqə seçki komissiyası buraxılıb. Bunlar 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı, 69 saylı Cəlilabad-Masallı seçki dairəsi üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 13 saylı məntəqə seçki komissiyalarıdır.//apa.az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı