Azərbaycan İdeyası

Güclü külək bəzi rayonları işıqsız qoydu - RƏSMİ

Tarix:7-02-2020, 12:05
Baxış Sayı:117


Ötən gecə güclü külək səbəbindən Abşeron yarımadasının bəzi ərazilərində və bir sıra dağlıq və dağətəyi rayonlarda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, fasilə qısa müddətdə aradan qaldırılıb:
“Ötən gecə güclü külək səbəbindən Bakının Binəqədi rayonu ərazisindən keçən eyniadlı xətdə qırılma baş verib və bu səbəbdən də Kənd Binəqədi ərazisində elektrik enerjisini verilişində qısamüddətli fasilə yaranıb. Həmçinin, Bakıətrafı kənd qəsəbələri üzrə Bağlar şəbəkəsində küləyin təsirindən elektrik enerjisi təchizatında fasilə yaranıb.
Regionlara gəldikdə, gecə saatlarında Cənub regionunda Cəlilabad, Yardımlı və Astarada, Şimalda Qusar və Xaçmazda və Qərb regionunda Gədəbəy rayonu ərazisində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Bu ərazilərdə baş verən güclü külək səbəbindən qəza hallarının olmaması, insanların özlərinə və əmlaklarına zərər dəyməməsi üçün elektrik enerjisinin təchizatı əməkdaşlarımız tərəfindən qısamüddətli dayandırılıb. Külək səngidikdən sonra isə istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa edilib. Hazırda ölkə üzrə elektrik enerjisi təchizatında problem yoxdur”.
“Azərişıq” rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum baş verə biləcək kəsinti və qəzaların qarşısını almaq üçün əlavə tədbirlər həyata keçirib:
“Görülmüş tədbirlər nəticəsində havanın kəskin keçdiyi ərazilərə əlavə mal və avadanlıqlar, maşın-mexanizmlər cəlb edilib. Hava şəraiti imkan verdiyi təqdirdə baş verən kəsintilər qısa zamanda aradan qaldırılır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO