Azərbaycan İdeyası

Azərbaycanın bu rayonunda 40-a yaxın kənd günlərdir işıqsızdır

Tarix:5-02-2020, 10:47
Baxış Sayı:116


Lerik rayonunun bir sıra kəndləri işıqsız qalıb.
Korrupsiya-q.az-ın Cənub Mərkəzinin xəbərinə görə, rayon ərazisində əsən güclü külək elektrik təsərrüfatının işində problemlər yaradıb. Blabənd kəndinin sakinləri bildirir ki, Zuvand ərazisinə elektrik enerjisi verilişini həyata keçirən 10 kv-luq xətdə artıq iki gündür, elektrik enerjisi yoxdur. Bu səbəbdən 40-a yaxın kənd - Blabənd, Xəlifəkücə, Mondigah, Nisli, Hacovi, Hoveri, Şonaçola, Qələsər, Qosmalian, Tatoni, Mistan, Xəlifəkənd, Lələhiran, Kəlvəz, Kələxan və digərləri elektrik enerjisindən məhrum olub.
Lerik Elektrik Şəbəkəsinin rəisi Cavid Cavadov bildirib ki, hazırda rayon ərazisinin 70 %-nə elektrik enerjisinin verilişi təmin edilib:
“İki gün ərzində davam edən güclü külək səbəbindən rayonun elektrik təsərrüfatına xeyli ziyan dəyib. Bir sıra yerlərdə elektrik naqilləri qırılıb, dayaqlar aşıb, habelə transformatorlarda qısaqapanmalar yaranıb. Hazırda operativ briqadalar işləyir. Rəhbərlik tərəfindən köməklik göstərilib.
Dağlıq ərazilərə elektrik enerjisinin verilişi hələ ki, mümkün deyil. Bu ərazilərə enerji verilişinin dayandırılması təhlükəsizlik məqsədi daşıyır. Belə ki, külək 10 kv-luq xətti qıraraq yaşayış evlərinin üstünə ata, yanğın və ya bədbəxt hadisə baş verə bilər. Ona görə də küləyin zəifləməsini gözləyirik. Lənkəran və Yardımlı rayonları ərazisindən 35/10 kv-luq yüksək gərginlikli xətlər vasitəsilə rayon mərkəzi və ətraf kəndlər enerji verilişi bərpa olunub. Qeyd edim ki, bu ərazilərdə bu gün səhər saatlarında fasilə yaranmışdı”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı