Azərbaycan İdeyası

Xəbər xətti Azərbaycanda əfv olunan məhkum azadlığa çıxmaqdan İMTİNA ETDİ

Tarix:28-04-2020, 14:39
Baxış Sayı:107


Prezident İlham Əliyev pandemiya səbəbilə aprelin 6-da imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan biri azadlığa çıxmaqdan imtina edən edib.

Bu faktı Modern.az saytınaaçıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki, şərti adı M.A olan həmin şəxs övladını öldürüb:

“Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı kriteriyalara uyğun gəlsə də, ərizə yazaraq könüllü şəkilədə azadlıqdan imtina etdi:

“Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvlərilə intriqaları davam edir, ailə onu bağışlamayıb. Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən səhhətində problem olduğu üçün o şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, “çıxsam yenə bura qayıdacam”.

Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO