Azərbaycan İdeyası

“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev

Tarix:22-01-2019, 13:51
Baxış Sayı:676

  “Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev

"Blogger Mehman Hüseynovun cənab prezident İlham Əliyevə müraciət etməsi ölkə başçısına olan inam və etimadın nümunəsidir. Dövlət başçısının Mehman Hüseynov məsələsinə dərhal reaksiya verilməsi humanizmin nümayişidir”
Korrupsiya-q.az xəbər verir ki, bu fikirləri AzVision.az -a açıqlamasında "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, baş verənləri radikal müxalifət düşərgəsi həzm edə bilmir: "Belə fikirlər səsələndirirlər ki, guya müraciəti Mehmanın özü yazmayıb. Biz bunlara fikir verməməliyik, irəliyə baxmalıyıq. Əsas məsələ Mehmanın azadlığa qovuşmasıdır. Biz bu məsələdə ona dəstək verməliyik”.
Hüquq müafiəçisi qeyd edib ki, Mehman Hüseynovla görüşündə bundan əvvəl də ölkə başçısına müraciət etdiyini söyləyib: "Mehman İctimai Komitənin üzvləri görüşəndə bizə ətraflı məlumat verdi. Xahiş etdi ki, fikirlərini cənab prezidentə, cəmiyyətə, müvafiq qurumlara çatdıraq. Biz ona verdiyimiz sözə əməl etdik. Mehman Hüseynov görüşdə bildirdi ki, daha əvvəl də ölkə başçısına müraciətləri olub. Bu baxımdan həmin müraciət 100 faiz Mehmanın özü tərəfindən edilib. Burada başqa məsələlərdən söhbət gedə bilməz. Müraciətində aydın şəkildə hər şeyi ifadə edib. Cənab prezident də humanistlik nümayiş etdirdi və prokurorluğa tövsiyə etdi ki, prosesi obyektiv, hərtərəfli araşdırsınlar. Bunun nəticəsi olaraq artıq onunla bağlı cinayət işinə xitam verilib. Bu, bir daha sübut edir ki, cənab prezidentin fəaliyyətinin əsasında humanizm, mərhəmət durur. 10 fevral 2017-ci il tarixli sərəncamı ilə cəza siyasəti humanistləşdirildi. Təkcə bir faktı qeyd edim ki, ölkə başçısı 2003-cü ildən bu günə qədər 34-dən artıq əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 5 mindən artıq şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Hətta onlar arasında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər də olub”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı