Azərbaycan İdeyası

Bakıda özünü jurnalist kimi təqdim edən salon rəhbəri cərimələndi (FOTOLAR)

Tarix:1-05-2020, 12:37
Baxış Sayı:171



Nərimanov rayonunda xüsusi karantin qaydalarını pozan protez saç salonunun özünü jurnalist kimi təqdim edən rəhbəri cərimə edilib.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus "HDC Baku” mərkəzinin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.
Obyektə baxış zamanı oranın sahibi, işçiləri və 1 nəfər müştəri Polis Şöbəsinə gətiriliblər. Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da sonradan karantin qaydalarını pozduğunu etiraf edib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO