Azərbaycan İdeyası

SON DƏQİDƏ! Vəzifəli şəxslər cərimələndi

Tarix:4-08-2020, 14:31
Baxış Sayı:90


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilmişdir.
E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələnmişlər.
Bu istiqamətdə tədbirlər davam etdirilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO