Azərbaycan İdeyası

Sərnişindaşıma ilə məğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub - DANX

Tarix:7-01-2021, 12:00
Baxış Sayı:112


Yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub.
Milli.Az bildirir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, yanvar ayının sonuna kimi hökumət tərəfindən kompensasiyaların hansı formada veriləcəyi açıqlanacaq:
"Avtobuslarda gedişhaqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Əksinə avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Benzin yanacağı daha çox şəxsi avtomobillərdə olduğu üçün, bu istehsal bazarında qiymət artımına səbəb olmayacaq. Əksinə deyərdim ki, ictimai nəqliyyatdan istifadəni daha çox stimullaşdırmış olacaq".
N.Allahyarova əlavə edib ki, taksilərdə süni qiymət artımına qarşı müvafiq addımlar atılacaq: "Bu məsələyə nəzarət gücləndiriləcək".

Milli.Az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı