Azərbaycan İdeyası

Adı HƏQİQƏT olanlar da YALAN danışırlar

Tarix:3-04-2017, 09:39
Baxış Sayı:641




Bakı şəhəri Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsi ev-11 V ünvanda qeydiyyatda olan və yaşayan Əliyeva Tamilla Arif qızı redaksiyamıza ərizə ilə müraciət edərək aldadıldığını bildirmişdir: "Məlum edirəm ki, 2015-ci ilin yanvar ayının 13-də oğlumun dostunun qayınanası Həqiqət Əbülfət qızı Mirzəyeva öz qızı və kürəkəni ilə bizə gəldilər və məndən xahiş etdilər ki, sən "Vipline" şirkətində işləyirsən, bizə kömək et, qızım Əsmərin cehizlərini sizin şrkətdən götürüm. Mən onlara inanaraq şirkətə apardım. Qrup rəhbəri Dürrə xanımdan bizə kömək etməsini xahiş etdim. İllərdir qazandığım etibara görə o, malların verilməsinə razılıq verdi. Mallar mənim koduma vuruldu. Onlarla ödənş haqqında çox inandırıcı danışdılar və Həqiqət xanım öz dilindən qəbz belə verdi. Onlar bu qədər şahidərin yanında mənim adıma 3274 man. 99 qəp. dəyərində mal - yəni, elektron avadanlıqlar və servislər götürdülər. Onlar bizi inandırmaq üçün bu cür danışırdılar: "Bax, kürəkənimin və qızımın yanında deyirəm, narahat olma, hər ay özüm vaxtlı-vaxtında pulu ödəyəcəyəm. Heç bir narahatlığa əsas yoxdur, ayıb olar, mən bu qədər adamın yanında yalan danışım". Mən ona cavab olaraq bildirdim ki, sən pulu ödəməsən, məni işdən azad edərlər, bir tikə çörəyim burdan çıxır. Onu da qeyd edim ki, onun böyük kürəkəni Eldəniz oğlumla dostdur, həmin Eldənizin qayınanası bizə gələndə kiçik kürəkəni də gəlmişdi. Böyük kürəkəni Eldəniz qayınanasının yanında söz verdi: "Xala, narahat olmayın, hər şey öz qaydasında olacaq, ayıb olar, neçə ildir sizin oğlunuz İlyasla dostuq. Mən özüm sizə söz verirəm, qayınanam pulu vaxtlı-vaxtında köçürəcək". Bu zaman Həqiqətin qızı Çinarə də söz verdi ki, ailə üzvlərinin hamısı köməklik edəcək, narahat ollmağa dəyməz".
Tamilla Əliyeva yazır ki, Həqiqətgil firmadan götürdükləri malların pulunu bu günə qədər hələ də ödəməyiblər. Zaman insanları, onların bir-birinə etibarını, etimadını sınağa çəkir. Bu sınaqdan çıxa bilməyənlər sırasından hətta adı Həqiqət olanlar da yalan danışmağa məcbur olurlar.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO