Azərbaycan İdeyası

Məktəbli forması imkansız ailələrə pulsuz verilməlidir

Tarix:7-09-2017, 15:21
Baxış Sayı:473


  Məktəbli forması imkansız ailələrə pulsuz verilməlidir

İndiki nəsil görməyib, amma biz görmüşük, rəhmətlik Leninin orta məktəbdə oxuyarkən bir şəkli vardı, əynində də qəşəng bir forma, başında da əsgər papağı kimi bir papaq. Çox gözəl bir formaydı. Biz də orta məktəbdə oxuyanda (7-ci sinifə qədər) elə bir forma geyirdik. Forslanırdıq ki, Lenin kimi geyinmişik.
Formaya da ən çox yaraşıq verən əsgər toqqasıydı ki, blyarka deyirdik. Hər axşam onun qızılı rəngdə olan dəmir başlığını gəbəyə sürtərdik ki, par-par parıldasın, səhər daha qəşəng görünsün. Həm də dalaşanda dadımıza yetirdi. Açıb dolayırdıq qolumuza, vurdun ey! O dəmir başlıq kimi tutdusa, deməli, səhər həmin şagird dərsə gələ bilmirdi, onun yerinə vuran uşağın valideyni gəlirdi direktorun yanına. Axşam da bir blyarka vuruşun əvəzinə atadan iki qapaz alırdın.
İndi də şagirdlər məktəbə xüsusi formada gəlirlər. Çox gözəl. Yəni kimsə kimsədən fərqlənmir, kimsə geyimi ilə forslana bilmir. İndi yalnız əl telefonları ilə forslana bilir uşaqlar. O da əslində məktəblərdə qadağandı, amma kimdi ey qadağaya baxan.
Bu formalar da bir qədər bahadı. Bəzi valideynlər övladlarına forma almaq üçün çətinlik çəkirlər. Hətta oxuyuram ki, bəzi məktəblərə icazə vermirlər ki, şagirdlər keçən ilki formalarını geyinsinlər. Niyə, qardaş? Təhsil Nazirliyi niyə bu məsələ ilə məşğul olmur.
60-cı illərdə əhalinin yaşam tərzi o qədər də güclü deyildi. Kasıb ailələr vardı, övladlarını istədikləri kimi geyindirib-geçindirib məktəbə göndərə bilmirdi. Bizlə oxuyan uşaqlar vardı ki, yamaqlı pal-paltarda gəlirdi məktəbə. Hətta bəzilərinin ayaqqabısı da yamaqlı olurdu, xüsusilə də kəndlərdən gələn uşaqların.
Hökumət həmin şagirdlərin siyahısını tutardı. Sonra onları həm məktəbli formasıyla təmin edirdi, həm də əlavə bir kostyum-ayaqqabı da verirdi. Özü də bunu gətirib məktəblərdə paylamırdılar ki, həmin uşaqlar utanar. İndi biri qaçqın düşərgəsinə bir az ərzaq-filan aparır, televiziyanı da özüylə aparır, müxbirləri də.
Həzrət Əli buyurur ki, bir əlin verdiyini o biri əl bilməməlidir. Bizim isə bir əllə verdiyimizi nəinki o biri əlimiz, hətta bütün aləm bilir. Hökumət həmin pal-paltarı o kasıb ailələrə evində çatdırırdı.
Keçən ilki kitablarımızı da gətirib məktəbə təhvil verirdik ki, kimlər kitab ala bilməsə onlara paylasınlar.
İndi Allaha şükür, hökumətimiz orta məktəblərdə kitabları pulsuz paylayır. Çox gözəl.
Amma bunu məktəbli formasına da tətbiq etmək olar. Təbii ki, imkansız ailələrə. Və buna da hökumətimizin imkanı var.
Hər halda bu barədə düşünməyə dəyər və imkansız ailələr də sevinər.

Aqil Abbas [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO