Azərbaycan İdeyası

10-11-ci siniflər ləğv olunur? - Rəsmi

Tarix:27-02-2017, 11:09
Baxış Sayı:843

 10-11-ci siniflər ləğv olunur? - Rəsmi

Təhsil Nazirliyi (TN) bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi – tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə bildirib ki, TN-yə də bu barədə müraciətlər daxil olub.
Belə müraciətlər daxil olduğu zaman müvafiq izahatların verildiyini deyən A.Əhmədov yayılan söhbətlərin heç bir əsasının olmadığını söyləyib. Nazirlik rəsmisi bu cür məlumatların haradan qaynaqladığını da açıqlayıb.
Onun sözlərinə görə, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra - tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnskişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.
A.Əhmədov əlavə edib ki, 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi hazırda 182 məktəbdə sınaqdan keçirilir. Təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər əksər rayon, şəhərləri əhatə edir.
Nazirlik rəsmisi qeyd edib ki, təmayül sinfin yaranması üçün məktəbdə paralel siniflərin olması çox vacibdir. Çünki şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılan təmayül siniflərə məktəbin 9-cu sinfini bitirən bütün şagirdlər deyil, seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyanlar, imtahan nəticələri yaxşı olan və fənn müəliminin müsbət rəy verdiyi şagirdlər cəlb olunmalıdır:
“Lakin bir fakt da məlumdur, - bu, xüsusilə kənd rayonlarına aiddir - burada məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var. Təbii ki, bu prosesdən bir çıxış yolu axtarmaq lazımdır və elə etmək lazımdır ki, şagirdlərin təhsil hüquqları pozulmasın. Burada vəziyyətdən çıxış yolu nədir? Biz belə bir yol fikirləşdik ki, hər bir rayonda kompaktlıq mənasında zonalar müəyyənləşdirək və o zonaya daxil olan məktəblərdən 1 və ya 2-si seçilsin və orada təmayüllü siniflər təşkil olunsun. Təmayül siniflər təşkil olunduqda onun infrastrukturu, maddi-texniki bazası, tədris bazası nəzərə alınır. Bu aspektdə müəyyən işlər görməyə başladıq. Bu proseslərlə bağlı belə bir məsələ çıxdı ki, guya hansısa tam orta məktəb ümumi orta məktəbə keçir. Yəni, burada təmayül siniflərin yaradılması baş tutmur, ona görə də bu məktəb ümumi orta məktəb olacaq. Birincisi onu deyim ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz”.
A.Əhmədov bildirib ki, məktəblərdə təmayül siniflər yaradılarkən adi siniflər də təşkil edilir. Təmayül siniflərdə oxuya bilməyən şagirdlər könüllülük əsasında adi siniflərdə təhsillərini davam etdirə bilərlər.
A.Əhmədov əlavə edib ki, ümumiyyətlə, TN təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək:
“Biz çalışacağıq ki, bu proses problemsiz olsun və şagirdlərin mənafeyi gözlənilməklə həyata keçirilsin. Biz təhsil şöbələrinin müdirlərinin, ondan əvvəl təhsil şöbəsinin bu işə məsul olan işçilərinin iştirakı ilə dəfələrdə yığıncaq keçirmişik. Bu məsələ ilə bağlı yerlərdə izahat işləri aparılır, amma bu işi müəyyən mənada əksinə başa düşən insanlar da var. Ona görə belə narazılıq doğuran məsələ yaranır. Əsas məqsəd ilk növbədə şagirdlərin mənafeyinin təmin olunmasıdır. Çalışacağıq ki, bütövlükdə ümumi mənafeyə ziyan dəyməsin və problemlər yaranmasın. Yaranacaq istənilən problemi aradan qaldırmağa çalışacağıq”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı