Azərbaycan İdeyası

Maşınların parklanması ilə bağlı yenilik - Bakıda

Tarix:12-11-2018, 14:30
Baxış Sayı:264


Maşınların parklanması ilə bağlı yenilik
  Maşınların parklanması ilə bağlı yenilik - Bakıda
Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən yeniliklər açıqlanıb.

Korrupsiya-q.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında paytaxtda parklama yerlərində quraşdırılan parkomatlarla bağlı məsələyə toxunub: "Bakının müəyyən yerlərində quraşdırılmış parkomatlar və onun yanında xidmət göstərən şəxslər fərqli qiymətlər tələb edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalıdır. Biz hazırda Bakının zona olaraq bölünməsini istəyirik, çünki şəhər mərkəzindəki qiymətlərlə şəhərətrafı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçədə parklamalar, eyni zamanda yeraltı qarajlarda da tariflərin əsaslandırılmış şəkildə tətbiqini düşünürük. Artıq yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yerüstü parklamalara gəldikdə isə, Bakını zonalara ayırmaq şərti ilə ödənişin məbləği müəyyənləşdirilir".
Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq edəcəyi parkinq sistemində məqsəd nağdsız ödənişləri təşviq etməkdir: "Həmçinin vətəndaşlar telefon vasitəsilə avtomobillərinin ölçülərinə uyğun yer sifariş edə biləcəklər. Gələn ildən şəhərin müəyyən girişlərində elektron tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar orada göstərilsin. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bu günün informasiya-kommunikasiya texnologiyalarına cavab verəcək".
Paytaxtdakı parklama yerlərinin Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınması işinin ləngiməsi məsələsinə münasibət bildirən qurum rəhbəri qeyd edib ki, bu prosesdə müəyyən texniki məsələlər var: "Hazırda həmin məsələlər araşdırılır. Bu sahəyə dövlət müəyyən investisiya qoyub. Bu investisiya nəticəsində sistemin yenidən qurulmasını düşünürük. Aydınlaşdırırıq ki, burada yeni sistem tətbiq etsək, daha məqsədəuyğun olar, yoxsa mövcud sistemi təkmilləşdirək? Eyni zamanda, müəyyən sənədləşmə işləri var ki, təhvil alınmayıb. Bu işlərin növbəti ay ərzində yekunlaşacağını düşünürük. Məsələ ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etmişik. Ümid edirik ki, qarşıdakı ayda proses yekunlaşacaq".
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO