Azərbaycan İdeyası

Bakının ictimai nəqliyyatında ödəniş sistemində yeniliklər tətbiq oluna bilərmi?

Tarix:28-08-2018, 15:26
Baxış Sayı:305

 Bakının ictimai nəqliyyatında ödəniş sistemində yeniliklər tətbiq oluna bilərmi?


Paytaxtda bəzi sərnişindaşıma marşrutları, həmçinin Bakı Metropoliteni gediş haqqının kartla ödənilməsi sisteminə keçsə də, günün pik saatlarında "BakıKart" ödəniş terminallarının qarşısında növbə yaranır.
Bir sıra xarici ölkələrdə bu problemin həlli üçün ictimai nəqliyyatda müxtəlif ödəniş sistemləri tətbiq olunub. Məsələn, ödəniş mobil telefonlardan SMS göndərməklə, nəqliyyat kartının balansını onlayn doldurmaqla həyata keçirilir.
Xatırladaq ki, 2010-cu ildə Bakı metrosunda oxşar sistemlərdən biri tətbiq olunmuşdu. Belə ki, sözügedən sistemdən "Azercell" simsiz rabitə operatorunun abonentləri istifadə edə bilirdi. Bunun üçün "Azercell" şəbəkəsinin abonentləri bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə isə 9905 nömrələrinə boş SMS göndərməli idilər. SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olurdu və bundan sonra ştrix-kod istifadə üçün aktivləşirdi. Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gediş haqqını ödəyirdi.
İlk olaraq metronun "Elmlər Akademiyası" stansiyasının turniketlərində quraşdırılan hesablayıcı qurğu bir müddət sonra digər metro stansiyalarda da tətbiq olunmalı idi, lakin sistemin fəaliyyəti qısa zamanda dayandırıldı.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, həmin ödəniş sistemindən istifadə edənlərin sayı gözləntilərdən az olduğuna görə onun fəaliyyəti çox çəkmədi.
B.Məmmədov onu da qeyd edib ki, bu kimi yeni layihələr həyata keçirmək üçün şirkətlərdən də qarşılıqlı olaraq təkliflər irəli sürülməlidir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə alternativ ödəniş sistemləri ilə bağlı layihələr barədə danışmağın hələ tez olduğunu deyib:
"Ödəniş sistemi ilə bağlı hazırda Agentlik olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri kart vasitəsilə nağdsız ödəniş sisteminin əhatə dairəsini genişləndirməkdir. Çünki bu gün mövcud marşrut şəbəkəsinin çox az qismində - təqribən 20%-də nağdsız ödəniş həyata keçirilir".
M.Ağayev qeyd edib ki, hazırkı kart sistemi avtobuslarda tam tətbiq olunduqdan sonra BNA başqa yeniliklərə doğru addım ata bilər.

trend

OXŞAR XƏBƏRLƏR
Donaldnus 6 sentyabr 2018 03:00
  Жалоба     
Carlosreowl 22 noyabr 2018 03:13
  Жалоба     
Раздаю ссылки на все сайты, смотри

-----


https://mirfin.pro/

-----

Веселый коммент

-----


https://kreditorkin.ru/zajmy-online/

-----

нне важно чтобы ты посмотрел этот сайты

-----


тнт премьер

-----

Смотреть телек онлайн через интернет круто

-----


https://ntv-plus-tv.ru/

-----

Ой как холодно на улице

-----


втб личный кабинет
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026