Azərbaycan İdeyası

Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra...

Tarix:1-02-2019, 17:02
Baxış Sayı:330

  Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra...

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi məsələsi təklif olunur.
Korrupsiya-q.az .az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.
Onun sözlərinə görə, qanunun 6.4.1-ci maddəsinə edilən əlavəyə görə, 15 yaşı tamam olmuş şəxslərdən ilkin hərbi qeydiyyata alınarkən doğum haqqında sənədin elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd tələb olunmayacaq.
Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur. Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırıış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər. Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO