Azərbaycan İdeyası

Ağsulu gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdırlar

Tarix:18-09-2018, 15:01
Baxış Sayı:293

19 iyul 2018-ci il tarixdə Ağsuda Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin təşkilatçılığı ilə hərbi xidmətini yeni başa vurub geri qayıdan gənclərlə görüş olub.
Gənclər əvvəlcə şəhərin mərkəzində, Ulu Öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Mərkəzində gənclərə Ulu Öndərin mənalı həyatı, çoxşaxəli siyasi fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verib.
Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində ağsaqqalların, valideynlərin, müəllimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov çıxış edərək gəncləri şərəfli hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edib, hərbi biletlərini təqdim edib, onlara uğurlar arzulayıb.
Veteranlar, müəllimlər gənclərə mülki həyatda da səylə çalışmağı, məsuliyyətli olmağı tövsiyə ediblər.
Şərəfli əsgər həyatından yenicə ayrılan gənclər Vətənimizin azadlığı, torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva bu il yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, bugünkü hərbi qüdrətindən danışıb. Bildirib ki, ordumuzun gücü həm də onun sıralarında xidmət edən gənclərin Vətənə məhəbbətindədir.


Mahizər Qəribova

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı