Azərbaycan İdeyası

Məşhurlar Elina üçün AYAĞA QALXDI: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO

Tarix:11-04-2019, 12:38
Baxış Sayı:209



Röya Ayxan 162 saylı orta məktəbdə 14 yaşlı Elina Hacıyevanın intiharına biganə qalmayıb.
Korrupsiya-q.az xəbər verir ki, Əməkdar artist qızın ölümündə mətkəb direktorunu ittiham edib.
“Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə suallar verirsiniz. Mən də belə böyüdüm, 5-ci sinfdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim, çox şükür ona və o günə. Boşanmış ailənin qızı idim, çox şükür olsun ki, bu suallar yağdırana əyilmədim, bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Hərdən buna siz bizi məcbur edirsiniz”.
“Eurovision 2011” qalibimiz Nigar Camal isə məlum olayla bağlı Prezident İlham Əliyevə müraciət edib. O, instaqramda video paylaşaraq günahkarların
“Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan, qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Cənab Prezident, uşaqlarımızı xilas edin”.
Tanınmış aparıcı Nərgiz Cəlilova da Elinanın ölümündə günahkar olan şəxslərin cəzasını çəkməsini tələb edib. O, Elinanın fotosunu paylaşaraq bu sözləri qeyd edib:
“Onun da xəyalları və arzuları var idi...! Biz niyə bu qədər acımasız, laqeyd olduq ?! Biz niyə bu qədər sevgi bilməz olduq ?!!!”
Xatırladaq ki, edək ki, hadisə aprelin 4-də baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir. Məşhurlar Elina üçün AYAĞA QALXDI: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO

 Məşhurlar Elina üçün AYAĞA QALXDI: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO

 Məşhurlar Elina üçün AYAĞA QALXDI: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO