Azərbaycan İdeyası

Brilliant Dadaşova məktəb direktorunu BİABIR ETDİ: "İnsani keyfiyyətlərdən məhrumsunuz"

Tarix:9-04-2019, 12:45
Baxış Sayı:212


 Brilliant Dadaşova məktəb direktorunu BİABIR ETDİ: "İnsani keyfiyyətlərdən məhrumsunuz"

 Brilliant Dadaşova məktəb direktorunu BİABIR ETDİ: "İnsani keyfiyyətlərdən məhrumsunuz"

Xalq artisti, görkəmli sənətkar Brilliant Dadaşova bir neçə gündür gündəmdən düşməyən 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı haqqında fikirlərini instaqramda paylaşıb.
Korrupsiya-q.az Publika.az - a istinadən xəbər verir ki, müğənni şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın mətbuatda yayılan səs yazısına münasibət bildirib. O, bildirib ki, məktəblinin ailəsi haqqında təhqiramiz fikirlər səsləndirmək təhsil işçisinə yaraşan hərəkət deyil:
“Sizə ayıb olsun, atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud çətinliklərin təsirini çox eşitmişdik. Bir tələbənin ailəsində problem varsa, deməli, siz o uşağa daha çox diqqət ayırmalı idiniz. Bir başqa tərəfdən Elinanın anası ikinci dəfə ailə qurubsa, bu, əsla pozğunluq deyil və buna o uşaq həyatı bahasına hesab verməməliydi! Təəssüf edirəm, siz sadə insani keyfiyyətlərdən belə məhrumsunuz, qalsın ki, müqəddəs müəllim həssaslığı...”
Amerikaya köçən aparıcı Günel Hümbətova da məsələyə biganə qalmayaraq hər kəsi uşaqlara qarşı həssas olmağa dəvət edib:
“İstəyirsiniz etiraz edin, ya da qınayın məni. Amma “sovetlər”dən qalan insanların əksəriyyətinin təfəkkürünü anlaya bilmirəm. Sözsüz ki, hamıya aid deyil, amma əksər insanlarının dəyərləri qəribədir... Məsələn, elə o məktəb direktoru kimiləri ərk sayağı davranışları ilə qarşındakının nə hisslər keçirdiyini heç vecinə almır və şəxsi subardinasiyanı qorumağa meylli deyillər... Özününkü səhv olsa, tərəfini tutarlar, amma yadın etdiyi səhvi əsla bağışlamazlar...
“Müşahidələrimə görə, Baby-boom” dövründə doğulanlar daha çox belə olurlar. Ümumiyyətlə, çox ərk edən insanları sevmirəm! Hələ çox xüsusiyyətlərini səciyyələndirmək olar”.
Qeyd edək ki, şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib. Direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.


OXŞAR XƏBƏRLƏR
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağıldı - FOTO
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağıldı - FOTO
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Şəhid atası vəfat etdi - FOTO
Şəhid atası vəfat etdi - FOTO
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu