Azərbaycan İdeyası

Bayramlaşmağa getmişdi, qardaşının ailəsini güllələdi - Ramazanda FACİƏ

Tarix:7-07-2016, 22:23
Baxış Sayı:256

Bayramlaşmağa getmişdi, qardaşının ailəsini güllələdi - Ramazanda FACİƏ
Türkiyədə iki qardaş arasında yaşanan miras davası 6 nəfərin həyatına son qoyub.

Türkiyə mətbuatının xəbərinə görə, hadisə Ordu vilayətinin Altınordu rayonunun Yaraşlı məhəlləsində qeydə alınıb. 60 yaşlı Maqsud Baydəmirlə qardaşı Mustafa arasında miras bölgüsünə görə qarşıdurma yaranıbmış.

Hadisə baş verən gün Maqsud küsülü olduöu böyük qardaşı 75 yaşlı Mustafa Baydemirin evinə bayramlaşmaq üçün gedib.Maqsudla Mustafa arasında yenidən miras bölgüsü səbəbindən narazılıq yaranıb. Baş verən qarşıdurma zaman Maqsud böyük qardaşının evində olan ov tüfəngini əlinə alaraq evdəkilərə atəş açıb.

Hadisə zamanı kiçik qardaş böyük qardaşı Mustafanı, onun həyat yoldaşı Nəziyəni, qardaşının övladları Gündoğanı, Aydoğanı və Rəcəb Baydemiri güllələyib. Xəsarət alan şəxslərin hamısı elə hadisə yerində keçiniblər. Maqsud Baydemir daha sonra eyni silahdan açdığı atəşlə özünü öldürüb.

Hadisən sonra polis ərazini nəzarətə götürüb. İnsident haqqında eşidən Baydəmir ailəsinin bəzi üzvlərinin vəziyyəti pisləşib və onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. (anspress) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO