Azərbaycan İdeyası

Bakıda qan düşmənçiliyi: qardaşının azadlıqdakı qatilləri onu həyatdan bezdirdi

Tarix:16-10-2015, 16:37
Baxış Sayı:379

Bakıda iki ailə arasında amansız tamah davası və qan düşmənçiliyi artıq bir neçə aydır bitmək bilmir. Torpaq üstündə münaqişə hələ xeyli əvvəldən yaransa da, qanlı mərhələsi bu ilin may ayında başlayıb.
Korrupsiya və qanun" criminal.az-a istinadən xəbər verir ki, ailənin iki üzvü bıçaqlanıb, onlardan biri ölüb. Sağ qalan qardaşı bu gün səhər saatlarında qan içərisində xəstəxanaya gətirilib. O, həkimlərə başına gələnləri danışıb.
Bu haqda az sonra, hələlik oxuculara may ayında baş verimiş cinayət barədə məlumat verək.
Mayın 12-də Zığ kəndi, Nizami küçəsi, ev 10-da yaşayan 40 yaşlı Zaur Baxışov və onun 33 yaşlı qardaşı Ənnağı bıçaqlanıblar. Onları xəstəxanaya apararkən Ənnağı yolda keçinib. Həmin vaxt cinayətin torpaq mübahisəsi üstündə düşdüyü bildirilsə də, sonradan qətlin əsl səbəbi, kim tərəfindən bıçaqlanması barədə xəbər olmadı.
''Belə haqsızlığa dözə bilmirəm''
Bu gün səhər saatlarında baş verən hadisə bir daha göstərdi ki, münaqişə hələ də bitməyib. Bir neçə ay əvvəl bıçaqlanmış Zaur Baxışov xəstəxanaya gətirilib. Dərhal əməliyyat olunan Zaur özü-özünə xəsarət yetirdiyini deyib. Bildirib ki, mayın 12-də qardaşı və özü torpaq mübahisəsinə görə bıçaqlanıb: ''Qardaşımı bir neçə ay əvvəl öldürdülər, özümü isə ağır yaraladılar. Lakin onların ailə düşmənləri, qətli törədənlər isə hələ də azadlıqda. Belə haqsızlığa dözə bilmirəm, özümü öldürmək istəyirəm''.
Məsələ ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 33-cü bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı