Azərbaycan İdeyası

Bakıda qeyri-adi TOY: Qız özünə bəysiz toy etdi

Tarix:10-07-2016, 16:49
Baxış Sayı:538

Bakıda qeyri-adi TOY: Qız özünə bəysiz toy etdi
Bakıda qeyri-adi toy mərasimi olub. Yaşıötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.

Bu barədə AMEA-nın elmi işçisi Elyar İslam öz Facebook səhifəsində yazıb.

"Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: "kendi-kendine gelin güvey olmaq". Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də. Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!", - E.İslam xeyir dua verib.

Toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhələnməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib. Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarını və tanışlarını da, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO