Azərbaycan İdeyası

Bakıda qadınları vurub qaçan sürücü həbs edildi

Tarix:20-07-2016, 15:40
Baxış Sayı:326

Bakıda qadınları vurub qaçan sürücü həbs edildi
Bakıda piyadaları vurub qaçan sürücü tutuldu. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Criminal.az-a daxil olan birgə məlumatında deyilir ki, iyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı, 01-AB-055 dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar - Qiymət İbrahimova və Xədicə Kərimovanı vuraraq qaçıb. Nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO