Azərbaycan İdeyası

Qaxda ağır qəza: 2 nəfər xəsarət alıb

Tarix:18-07-2016, 11:08
Baxış Sayı:628

Qaxda ağır qəza: 2 nəfər xəsarət alıb
Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza iyulun 17-i saat 03 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd sərhəd magistral yolunun 84-cü kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ruslan Rasim oğlu Abdullayev idarə etdiyi “Tofash” markalı 10 RL 559 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra sürücü R. Abdullayev və sərnişini olan həmyerlisi 1970-ci il təvəllüdlü Müşfiq Kərim oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Qax MRX-dan bildirilib ki, yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı