Azərbaycan İdeyası

Doğum evində kişini qadın bilib əməliyyat etdilər - FOTO

Tarix:13-08-2016, 23:14
Baxış Sayı:394

Doğum evində kişini qadın bilib əməliyyat etdilər - FOTO
"Oturmuşdum dəhlizdə, arvadımın əməliyyatını gözləyirdim. Birdən iki həkim mənə yaxınlaşdı, "Gəlin, növbənizdir" dedilər.

Məni bir palataya aparıb çarpayıya uzatdılar. Tibb bacıları məni soyundurmağa başladılar. Elə bildim arvadımın əməliyyatı ilə bağlı prosedurdur, ona görə şübhələnmədim. Sonra huşumu itirdim. Ayılanda gördüm ki..."

Çinin Şenyan vilayətindəki Hunnan şəhərində misli-bərabəri olmayan hadisə yaşanıb. Arvadını doğum evinə aparan və orada ilk övladının dünyaya gəlməsini gözləyən kişini əməliyyat ediblər.

Milli.Az "Jenmin Jibao"ya istinadən bildirir ki, 29 yaşlı Van Szin hemorroidal şiş diaqnozu ilə əməliyyata məruz qalıb. Onu səhv əməliyyat ediblər. Xəstəxana yanlışlığını etiraf edib və mənəvi təzminat qismində Van Szinə 5 min yuan (700 dollar) məbləğində təzminat təklif edir.

"Cənab Vandan üzr istəyirik. Həmin an hemorroidal şişin kəsilməsi ilə bağlı bir pasiyent növbə gözləyirdi. Həkimlərimiz pasiyentləri səhv salıblar", - xəstəxana rəhbərliyinin açıqlamasında deyilir. Vanın xanımı isə dünyaya sağlam oğul gətirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO