İki ay əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülən Qazax rayon sakini Vüsal Fərzəliyev iki gün öncə dünyasını dəyişib. Mərhuma donor böyrəyi anası vermişdi, lakin onun valideyn olaraq fədakarlığı da oğlunun həyatını xilas etməyib.
Əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi həyata keçirib. Mərhumun ailə üzvləri Vüsalın ölümündə həkim səhləkarlığını göstərsə də, M.Kazımi barəsində səsləndirilən iddialarla razılaşmayıb. Bildirib ki, əməliyyat normal keçmişdi, lakin xəstə evə buraxıldıqdan sonra ağır vəziyyətdə, sepsis diaqnozu ilə yenidən xəstəxanaya qayıtdı və dünyasını dəyişdi.
Bunu da oxu:Bakının məhşur xəstəxanasında ÖLÜM - "Anası böyrəyini verdi, həkimlər isə öldürdü" - FOTO
Mərhumun atası Hüseyn Fərzəliyev Criminal.az-a oğlu əməliyyat olunandan dünyasını dəyişən anadək baş verənləri danışdı.
Hüseyn Fərzəliyev
İlk olaraq M.Kazımının açıqlaması ilə bağlı dedi ki, oğlu əməliyatdan sonra bir gün belə həkim nəzarətindən kənara buraxılmayıb. H.Fərzəliyev deyir ki, oğlu iki ay əvvəl Məkəzi Neftşilər Xəstəxanasında əməliyyat olunub. Xəstəxanadan evə buraxılmasına 3 gün qalmış gördülər ki, katetirdən çirk gəlmir. Oğlumu UZİ etmədən, müayinəsiz həkim gözü ilə baxıb və həmin katetiri çıxartdı.
Məlum oldu ki, katetirin tutulub və buna görə də çirk bayıra gəlmir. Katetir çıxarılandan sonra çirk içəri axmağa başlayıb. Üç gündən sonra Vüsalın bərk ağrıları başladı.
''Uşaq zəng etdi ki, ata ölürəm özünü təcili Bakıya çatdır. Dedi ki sancı məni öldürür, dayana bilmirəm. Oğlumu Mircəfər həkimlə birlikdə əməliyyat edən Elnur həkimə zəng etdim. Elnur dedi ki, tapşıracam ağrıkəsici vursunlar. Uşaq sonra yenidən zəng etdi ki, ağrılar dayanmır. Yenidən zəng etdim, növbətçi həkimlər baxıblar ki, böyrək partlamaq dərəcəsindədir. Əməyyat edib çirki təmizlədilər və yenidə katetir qoydular. Bir neçə gün sonra yenidən sancı başladı. Müayinə etdilər, bildirdilər ki, içəri tikişdə çat var, onu tikmək lazımdır. Onlarda həmin aparat olmadığından Elnur həkim məni Respublika Diaqnostika Mərkəzində Ağakişi həkimə yönləndirdi.
Gedib həmin həkimlə görüşdüm. Əməliyyat üçün 940 manat istədi. İmkanım olmadığını dedikdə əməliyyat etməkdən boyun qaçırdı. Yenidən oğlumu Mərkəzi Neftçilər xəstəxanasına qaytardım. Uşağı da taksi ilə aparıb gətirirəm. Təcili yardım maşını belə vermirlər. Sonradan Elnur həkim danışıb 200 manat endirim etdirdi və 700 manata Vüsalı əməliyyat etdilər. Lakin yenidən sancılar başladı.
Həkimlər dedi ki, yəqin bağırsağında problem var. Soruşdum ki, neyləmək lazımdı? Dedilər ki, aşağı mərtəbədə MRT-yə aparmaq lazımdı. Həmin yerdə də işləyən həkim Mircəlalın həyat yoldaşı Şahnaz xanımdır. MRT olundu, lakin Şahnaz xanım bütün nəticələr haqda Mircəlal həimə danışdı.
Bundan sonra dedilər bəlkə sinir sancısıdır. Nervpotoloq çağırdılar, o da dərman yazdı. Lakin yenə təsiri olmadı. Bundan sonra Elnur həkim məzuliyyətə getdi. Məzuniyətdən gələndən sonra yoxladı, dedi ki, Mircəlal həkimlə danışın, köçürülmüş böyrək götürülməlidir. Razılaşdım, düşündüm ki, oğlumun heç olmasa sağ nəfəsi olar, eybi yox, dializə aparıb gətirərəm''-deyə H.Fərzəliyev başına gələnləri nəql edir.
Cərrah Mircəlal Kazımi
Mərhumun atasının sözlərinə görə, bundan sonra əməliyyat əvəzinə M.Kazımi yenidən oğluma dərman yazdı: ''Həmin dərmanın qiyməti 900 manatdır. Mircəlal həkimə zəng etdim, dedi ki al dərmanı. Amma onlar bilirdi ki böyrəyə infeksiya düşüb, böyrək fəaliyyətin dayandırıb. Bu sancı məsələsi deyildi, qanda kriyatinin səviyyəsi 500-ə qalmışdı. Onar bilirdi belədi, amma ləngitdilər və uşağımı öldürüb verdilər əlimə. Bax məni bala dərdi verdilər. Dedilər böyrəyi də çıxardıblar. 3 gün reanimasiyada qalıb. Sörüşürdüm uşaq necədi, deyiridlər dünənkinə nisbətən yaxşıdır. Sragagün səhər saat 6-da tibbi bacısı zəng etdi ki, Vüsalın vəziyyəti pisdir. 20 dəqiqəyə özümü çatdırdım xəstəxanaya. Dedilər ki Vüsal keçindi. Əslində isə Vüsal çıxdan ölmüşdü , amma mənə demirdilər''.
Mərhum Vüsal Fərzəliyev
H.Fərzəliyev bildirdi ki, oğlunun əməliyyatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xətti ilə həyata keçirilmişdi: ''Mehriban Əliyevaya dəfələrlə müracit etmişdim. Çox sağ olsun, səsimizi eşitdi. ELə həmin xətlə də xəstəxanaya yönləndirildik. Əməliyyat xərcləri fondun xətti ilə olub. Bilmirəm, pulu Mehriban xanım, yoxsa cənab İlham Əliyev ödədi, sağ olsunlar. Amma həkimlər balamı öldürdü. Oğlumun iki məktəbli uşağı atasızı qalıb''.