Azərbaycan İdeyası

Lotu Qulunun “razborkası”nda ölən var?

Tarix:11-01-2017, 10:54
Baxış Sayı:399

 Lotu Qulunun “razborkası”nda ölən var?


Lotu Qulunun “razborkası”nda ölən var?Paytaxtın Hüseynbala Əliyev küçəsində, “Yeganə” şadlıq sarayı yaxınlığında silahlı insidentin təfərrüatı üzə çıxıb.
Korrupsiya və Qanun saytı bildirir ki, Politika.Az-ın əldə etdiyi eksklüziv məlumata görə, iki kriminal qruplaşma arasında baş verən olay “Nənəmin təndiri” adlanan iaşə obyektinin yaxınlığında baş verib. Hadisə zamanı bir nəfər öldürülüb.
Həlak olanın şəxsiyyəti barədə araşdırmalar davam edir. Məlum hadisənin yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın davamı olduğu istisna edilmir.
Belə ki, Ağa Nemətulla küçəsindəki "Nənəmin təndiri” kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub.
Həmin qanlı insidentdə iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Qulu) adamları olub.
Hadisənin ən müəmmalı tərəfi hər iki hadisənin “Nənəmin təndiri” obyekti yaxınlığında törədilməsidir.
“Nənəmin təndiri” adı altında paytaxtda bir neçə obyekt fəaliyyət göstərir və bu şəbəkənin sahibi əslən Şəmkir rayonundan olan Etibar adlı iş adamıdır.
Korrupsiya və Qanun saytı Politika.Az a istinadən yazır ki, bu hadisələrə Masallinski səbəb olub, o, öz qisasını alırmış. Kriminal dairələrə yaxın olan digər mənbə hadisənin təfərrüatlarını açıqlayıb.
İddia edilir ki, dekabrda Türkiyədə "qanuni oğru” Rafiq Eyvazov amansızlıqla döyülüb. Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib.
Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib.
Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar.
Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər. Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb. O, döyüldüyünə görə intiqam almağa söz verib.
Belə bir məlumat da verilib ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb. Daha sonra R.Eyvazov Bakıya qayıdıb və məlum hadisələr baş verib.
Nadir Səlifovun (Lotu Qulu) vəkili Təranə Əliyeva virtualaz.org-a açıqlamasında hadisənin yuxarıda sadalanan qruplaşmalar arasında baş verməsini təkzib edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO