Azərbaycan İdeyası

Azərbaycan və Gürcüstan Lotu Qulini bölüşdürə bilmir - Məhkumluğun sonu yoxmuş (Fotofakt)

Tarix:23-05-2016, 20:38
Baxış Sayı:677

İyirmi ildən çoxdur ki, kriminal aləmdə “Quli” (gürcü dilindən tərcümədə “Ürək”) ləqəbi ilə məşhur olan əfsanəvi “qanuni oğru” Nadir Səlifov əlçatmaz həbsxana divarlarının arxasında qalaraq, çoxdan intizarında olduğu azadlığa qovuşa bilmir. İyirmi il öncə Quli cinayət törədib. Həmyaşıdları, özü kimi oğru həqiqəti və ədaləti nəzəriyyəsinə aludə olmuş gənc romantiklərlə birlikdə türməyə düşüb. Sovet folkloru qanuni oğrularla bağlı mahnı da qoşmuşdu: “Onların həyatı romantikdir, fəqət qısadır”.

Yeri gəlmişkən, Quli özü də heç vaxt beynəlxalq kriminal aləmlə əlaqələrinin olduğunu gizlətməyib və uzun illər cinayətkar aləmin krallarından biri kimi tacını qoruyub saxlayıb. Lakin cəmiyyətdə qayda-qanunu tənzimləyən dövlət qanunları və cinayət hüququ külliyyatı bir yana, cinayətkar aləmin həyat fəaliyyətini və qaydalarını müəyyənləşdirən, öz anlayışları olan “obşak” bir yana. Əgər Nadir Səlifov ölkə vətəndaşıdırsa, Azərbaycan qanunları ona da şamil edilməlidir. Başqa sözlə, cəza müddəti başa çatandan sonra qanuni oğrular, digər vətəndaşlar kimi, azadlıq əldə etmək hüququna malikdirlər.

N.Səlifovun ilk məhkumluğu tam ödənilib – o, xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunurdu. Qulini 15 il müddətinə azadlıqdan məhrum etmişdilər. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmış, bu cinayətləri törətdiyini inkar etməmişdi, sonuna qədər də cəzasını çəkmişdi.

Lakin 2005-ci ildə onu başqa bir cinayətdə - həbsxana ərazisində qızları zorlamaqda ittiham etdilər. Bu, əsrimizin bolluqla keçən ilk onilliyinin ən səs-küylü və qalmaqallı əhvalatlarından biri kimi ölkədə ictimai fikri bir-birinə vurmuşdu. Qərara aldılar ki, N.Səlifovu həbsxanadan buraxmasınlar və cinayət hüququnun qisasını, təbii ki, həbsxanada heç kimi zorlamayan məhbusa qarşı yönəltdilər.

Güc strukturlarını N.Səlifovu türmədən buraxmamağa sövq etmiş motivləri bir kənara qoyaq. Bu düşüncələr həddən artıq təzadlı və sirlidir. Cinayət hüququnun formal tərəfinə müraciət edək. Nə qədər qəribə də olsa, məhkəmə hökmünə əsasən, istintaq, sonra isə ağır cinayətlər məhkəməsi məhbusu mütəmadi olaraq həbsxana koloniyasına onun yanına gələn müxtəlif qızları banal olaraq zorlamaqda suçladı. Ya qızlar mazoxist idilər və növbəti zorlanma porsiyasını almaq üçün həbsxanaya məhbusun yanına qayıdırdılar, ya da həbsxana rəhbərliyi legitim fahişəxana sahibi rolunda çıxış edirdi. Hər necə olursa olsun, həbsxana rəhbərliyindən heç kim cəzalandırılmadı. Aydın məsələdir ki, heç bir zorlama olmamışdı. Bu dəfə 16 il müddətinə azadlıqdan məhrum etməklə N.Səlifovu o qədər də uzaq olmayan yerlərdə 2021-ci ilədək saxlamağa qərar verdilər.

Sonra nə olacaq? Azərbaycanda azadlığa çıxmağa ümidini itirmiş N.Səlifov qəfildən aşkar edir ki, onu axı 1995-ci ildə sovet pasportu ilə tutublar. Gələcək kriminal avtoritet isə Gürcüstanda anadan olub, orada da məktəbi bitirib. Ordaca ilk pasportunu alıb, sonradan isə bəxtsiz tale onu Azərbaycana gətirib çıxarıb.

Quli anlayır ki, Bakıda azadlığa çıxmaq ona müyəssər olmayacaq. Yeni cinayət işi sadədən sadə məsələdir. Allah eləməsin, “ideya var!” kəlməsinin səslənməsi kifayətdir ki, yeni ittihamlar, sonra isə istintaq başlasın, məhkəmə isə, adəti üzrə, ilkin istintaqın əleyhinə getməyəcək və qərar çıxaracaq. Və oğru Azərbaycan türməsində daha 15 il keçirməli olacaq. O vaxta isə ömür də sonuna yaxınlaşar. Axı dünyada ölümsüz insan yoxdur?! Küncə sıxışdırılmış Quli anlayır ki. bu oyunda onun son şansı qalır: Gürcüstana ekstradisiyaya nail olmaq və tarixi vətənində azadlığa çıxmaq.

Və 2014-cü ildən başlayaraq, N.Səlifovun müdafiəsi onun Gürcüstana ekstradisiyasında israr edir, digər tərəfdən, rəsmi Tbilisi də onu öz vətəndaşı kimi tanıyıb.
 Azərbaycan və Gürcüstan Lotu Qulini bölüşdürə bilmir - Məhkumluğun sonu yoxmuş (Fotofakt)

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."