Azərbaycan İdeyası

Pullarımızı heç kim əlimizdən almayıb` - Müğənnilər danışdı (Yenilənib)

Tarix:13-01-2017, 12:53
Baxış Sayı:336

 Pullarımızı heç kim əlimizdən almayıb` - Müğənnilər danışdı (Yenilənib)

“Heç kim mənim pullarımı əlimdən almayıb. Mətbuatda yazıldığı kimi belə hadisə olmayıb. Bizim nə dünən, nə də srağagün toyumuz olub. Məlumat tamamilə yalnışdır”.
Bunu AzVision.az -a keçmiş "Şeron" qrupunun üzvü, hazırda "Şadan" qrupunun rəhbəri və solisti olan İntizar Məmmədov toydan çıxandan sonra pullarının əlindən alınması haqda məlumata münasibət bildirərkən deyib.
“Kimsə bunu özündən yazıb. Həmin saytla əlaqə saxlayıb, etirazımı bildirəcəyəm. Ümumiyyətlə belə hadisə baş verməyib. Bu məlumatları haradan və necə tapıb yazırlar başım çıxmır”.
Soyğunçuluğa məruz qaldığı deyilən digər müğənni Ramal İsrafilovla əlaqə saxlamağa cəhd etsək də o telefon zənglərinə cavab verməyib. Müğənnin bibisi, xalq artisti Mələkxanım Əyyubova əməkdaşımıza belə bir hadisənin baş vermədiyini deyib.
“Ramalın başına belə hadisə gəlsəydi, mütləq xəbər tutardım. Dünən onun valideyinləri, qardaşı ilə bir yerdə idik. Mümkün olan bir şey deyil. Belə hadisə olmayıb.” .

***
(10: 28)

Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.
Korrupsiya və Qann saytınn Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.
Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO