Azərbaycan İdeyası

Bakıda namus davası

Tarix:21-10-2015, 11:11
Baxış Sayı:410

Bakıda namus üstündə dava olub.

Korrupsiya və Qanun" criminal.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verib. Bir neçə nəfər orta yaşlı kişini təqib ediblər. Həmin şəxs də onlardan canını qurtarmaq üçün kompleksin ərazisindəki bərbərxanaya girib. Həmin şəxslər də onun arxasınca həmin salona daxil olublar.
Kişi onlara bıçaq çıxararaq müdafiə olunmaq və qaçmaq istəyib. Lakin həmin şəxslər bərbərxananın qapısını bayır tərəfdən bağlayaraq onun qaçmasına imkan verməyib, köməyə daha iki nəfər çağırıblar.
Daha sonra iki nəfər gələrək bərbərxananın şüşələrini sındıraraq içəri girib, həmin kişini döyə-döyə maşına basıb naməlum istiqamətə gediblər.
Davada iştirak edən cavan oğlanlardan biri ətrafa toplaşan insanlara həmin kişinin qardaşının arvadı ilə əlaqəsi olduğunu, ailəsini dağıtdığını deyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı