Azərbaycan İdeyası

Bakı sakini yağdan zəhərləndi və günahkar çıxdı - sənəd-foto

Tarix:28-02-2017, 11:57
Baxış Sayı:626

Bakı sakini yağdan zəhərləndi və günahkar çıxdı - sənəd-foto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayev “Kubanskaya semeçka” yağından zəhərlənən Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsinə cavab yazıb. Dövlət xidmətinin rəisi məktubunda istehlakçıya məhkəməyə müraciət etməyi məsləhət bilib?!
Maraqlıdır, Z.İsayev rəisi olduğu xidmətin səlahiyyətlərindən məlumatlıdırmı?
Şikayətçinin müraciətini məhkəmə araşdıracaqsa, onun tutduğu post, çoxsaylı işçilərinin ştatları niyə yaradılıb? Dövlət büdcəsindən hər ay əmək haqqı şəkilində özünə və işçilərinə verilən vəsaiti niyə, hansı işlərinə görə alırlar?
Hər halda bu sualları gec-tez araşdıran, cavab verən olacaq.
Hələliksə, Azərbaycanın yağ bazarıdna “dərə xəlvət, tülkü bəy” məsəli, “boğazları yağla, işini gör” qaydası hökmrandır. Bundan zərər çəkən isə əhalinin böyük əksəriyyətidii. Hələ bir müddət əvvəl “Azad İstehlakçılar” İctimai Birliyinin sədri(AİİB) Eyyub Hüseynovun Azərbaycanda yağ adına zəhər satılması ilə bağlı açıqlama vermişdi. Aydın olmuşdu ki, bu gün ölkə boyu mağazaların piştaxtalarını bəzəyən, vətəndaşları zəhərləyən “Кубaнская семечка” yağı istehlakçıya qarğıdalı yağı kimi təqdim edilsə də, əslində isə tərkibi naməlum mayedir.
Ötən ilin dekabrın ortalarında Eyyub Hüseynov mətbuatda ildırım surəti ilə yayılan bir açıqlama yaydı. Dedi ki, “Кубaнская семечка” yağının ekspertizasını keçirib. Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsi olub.
Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубaнская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb. Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub. Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубaнская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub. Bəs “Кубaнская семечка” markası altında satılan yağ qarğadalı yağı deyilsə, nə yağdır?
O dövrdə araşdırmalarımız zamanı bəlli olmuşdu ki, “Azad İstehlakçılar” İctimai Birliyinə şikayət edən istehlakçı Səidə Məmmədova İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevə də müraciət edib.
İstehlakçı xanım hüquqlarını qorumalı olan xidmət rəisinin diqqətinə çatdırıb ki, orqanizmi digər yağlara həssas olduğundan həmişə qarğıdalı yağı işlədir. Növbəti dəfə marketdən Rusiya istehsalı olan “Kubanskaya semeçka” qarğıdalı yağı alıb. Xörək hazırlayarkən həmin yağdan istifadə edib. Bundan sonra isə orqanizmində ciddi fəsadlar meydana çıxıb, başı ağrıyıb, ürəyi bulanıb, qaytarmalar və s. olub. Həkim müdaxiləsindən sonra birtəhər özünə gəlib. Səbəbini qarğıdalı yağında gördüyündən yağın tərkibinin araşdırılması məqsədi ilə Azad İstehlakçıkar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.
Laboratoriya şəraitində yağın tərkibi yoxlanılan zaman bəlli oldu ki, heç də “Kubanskaya semeçka” nın tərkibində qarğıdalı yoxdur. Standartlara cavab vermir. Tərkibin hansı qarışıqlardan ibarət olduğu da bəlli deyil. Bu barədə elektron mətbuatda da materiallar dərc olunub. Tərkibi bəlli olmayan yağların satışı İstehlakçıların hüquqlarını ciddi şəkildə pozduğundan, bu barədə qanunu şəkildə tədbir və ölçü götürmək və nəticəsi barədə bir istehlakçı olaraq ona məlumat verilməsini də Zahid İsayevdən xahiş edib. Həmin vaxt istehlakçının müraciətində göstərdiyi məlumatların yoxlanılması üçün hansı addımların atıldığını və ya atılmadığını öyrənmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevlə əlaqə saxlamağa cəhd etmişdik. 498-15-01 telefon nömrəsini yığıb rəislə danışmaq üçün 30 06 daxili nömrəsini yığdıq.
Zahid İsayevin köməkçi Vüsalə xanım dedi ki, suallara cavabı İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən. Sorğumuza qısa müddətdə cavab verəcəyini bildirən şöbə əməkdaşı sonrakı zənglərimizi cavabsız buraxdı. Səbəbi haqda yanlız ehtimalar irəli sürmək olar – məsələn düşünmək olar ki, Azərbaycan istehlakçıların hüquqlarını qorumalı olan qurum rəsmiləri öz işlərini görməkdə həvəsli deyil. Halbuki oturduqları geniş, yaxşı isidilən, işıqlı otaqlardakı kreslolar, xidməti maşınlar, köməkçi-katibələr, aybaay büdcədən aldıqları məvacib də məhz istehlakçıların hüquqlarını müdafiə etmələrinə görə bu adamlara verilir.
Bu adamlar isə öz işlərini görmürlər, hərəkətsizlik edirlər. Niyə? Maraqları, məqsədləri nədir? Ötən yazımızda verdiyimiz bu sualların cavabı Z.İsayevin istehlakçıya yolladığı məktubda özünü biruzə verir – xidmət rəisi həm maaş alır, həm də işini görmək istəmir. Vəzifəsinin üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməmək üçün istehlakçını məhkəməyə yönləndirir. Görəsən Zahid İsayev “Kubanskaya semeçka” yağından yeməyib ki? [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO