Azərbaycan İdeyası

Nazirlikdən çörəyin qiyməti ilə bağlı – RƏSMİ AÇIQLAMA

Tarix:29-07-2016, 21:42
Baxış Sayı:363

Nazirlikdən çörəyin qiyməti ilə bağlı – RƏSMİ AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Xidmətdən Oxu.Az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır. “Qanunvericiliyə görə, çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində dəyişiklik baş versə, səbəbləri araşdırılacaq”, - məlumatda bildirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətinin bahalaşması və 30 qəpiklik çörəyin 40 qəpiyə, 40 qəpiklik çörəyin isə 50 qəpiyə satılması ilə bağlı məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı