Azərbaycan İdeyası

Maşından külli miqdarda siqaret, telefonlar, qaz balonları çıxdı - FOTO

Tarix:13-03-2017, 12:39
Baxış Sayı:669

  Maşından külli miqdarda siqaret, telefonlar, qaz balonları çıxdı - FOTO


Maşından külli miqdarda siqaret, telefonlar, qaz balonları çıxdı
Gömrükdə külli miqdarda siqaret, mobil telefonlar və qaz balonları aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb. Həmin şəxs gömrükçülərə üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirirb. Qanunvericiliyə uyğun olaraq avtomobildə və sürücünün üzərində aparılan gömrük yoxlaması zamanı isə külli miqdarda siqaret, mobil telefonlar və qaz balonları aşkar olunub.
Belə ki, avtomobilin ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, üzərində "Marlboro" sözləri yazılan 8 min ədəd siqaret, nəqliyyat vasitəsinin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 1 ədəd "Samsung Galaxy J5(6)", 1 ədəd "Samsung Galaxy J5 Prime" markalı mobil telefon, arxa oturacağın üzərindən və yük yerindən gömrük orqanına bəyan edilməyən 6 ədəd qutusunun üzərində "Dupont Freon R 22" yazısı olan, kondisionerlərdə istifadə eilməsi nəzərdə tutulan qaz balonu aşkar edilib.
Daha sonra sürücünün üzərinə gömrük baxışı keçirilib və 5 ədəd "Samsung Galaxy J3 (6)", 1 ədəd "Samsung Galaxy J2 Prime" markalı telefon da aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO