Azərbaycan İdeyası

Dubay telefonları gömrükdən keçmədi

Tarix:22-01-2016, 13:16
Baxış Sayı:419

Dubay telefonları gömrükdən keçmədi



Azərbaycan gömrükçüləri üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
"Korrupiya və Qanun" saytının aldığı xəbəbrə görə bu barədə AzVision.az-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülərək ona məxsus çantaya və üzərinə baxış keçirilib.
Yoxlamadan əvvəl sorğu-sual zamanı K.Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib.
Çantadakı şəxsi əşyaların arasından 8 ədəd “ASUS Zenfone GO” və 1 ədəd “İphone 6S” markalı mobil telefon aşkar olunub.
K.Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd “Samsung Galaxy Grand Prime” və daha 1 ədəd “ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı