Azərbaycan İdeyası

Azərbaycana narkotika gətirilməsinin qarşısı alındı DSX-dən ƏMƏLİYYAT

Tarix:19-07-2019, 16:00
Baxış Sayı:176

KORRUPSİYA-Q.AZ
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış təd­birlərini davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Unikal.org-a bildirilib ki, iyulun 5-də “Xaş-xaş 2019” şərti ad altında keçirilən kom­pleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sa­hə­dən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olu­naraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayən­də­lə­ri­nin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.

İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yer­ləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respub­likası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları po­lietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.

İyulun 8-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­bay­can Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hos­sein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb “Metadon”, 10 həb “Tramadol” aşkar olunaraq götürülüb.

İyulun 15-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­­bay­can Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il tə­vəl­lüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub.

Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı