Azərbaycan İdeyası

İRANDAN NARKOTİK GƏTİRİLMƏSİNİN QARŞISI ALINDI

Tarix:19-07-2019, 14:29
Baxış Sayı:201



Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış təd­birlərini davam etdirir.
DSX-dən ONN media-ya bildirilib ki, iyulun 5-də “Xaş-xaş 2019” şərti ad altında keçirilən kom­pleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sa­hə­dən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olu­naraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayən­də­lə­ri­nin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.
İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yer­ləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respub­likası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları po­lietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qramheroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.
İyulun 8-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­bay­can Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hos­sein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb “Metadon”, 10 həb “Tramadol” aşkar olunaraq götürülüb.
İyulun 15-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­­bay­can Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il tə­vəl­lüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub.
Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.


ONN informasiya agentliyi

image_print Çap Et

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı