Azərbaycan İdeyası

Zəhərlənən tələbə qızın bacısı: “Həmin gecə suşi yeməyiblər”

Tarix:22-11-2019, 14:58
Baxış Sayı:170


Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, Şəkər hadisə yerində keçinib.
Korrupsiya-q.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dilrubə Quliyevanın bacısı Firuzə Quliyeva hadisənin bəzi təfərrüatlarını açıqlayıb. O, əvvəlcə bəzi KİV-də, eləcə də sosial şəbəkələrdə qızların suşidən zəhərlənməsi barədə yayılan xəbəri təkzib edib:

"Qızlar suşidən zəhərlənməyiblər. Bacım həmin axşam anamla telefonda danışanda yemək bişirirdilər. Tam dəqiq bilməsək də, deyilənə görə, kartof qızartması, xiyar turşusu və mandarin yeyiblər".

Bacısının sözlərinə görə, Dilrubə yataqxanada davamlı olaraq qalmırdı.

O, vəziyyətin bu həddə çatmasında təcili tibbi yardım əməkdaşlarını səhlənkarlığa yol verməkdə ittiham edib: "Bacım yataqxanada qeydiyyatda olsa da, orada hər gün qalmırdı. Əmim Rusiyada olduğu üçün, onun yoldaşının yanında qalırdı. Sadəcə, kəsiri olan günlər yataqxanada qalırdı ki, universitetə daha tez çatsın. Hadisə baş verən gün də o günlərdən biri idi. Bacımın kəsiri varıydı. Qızlar isə axşam qidadan zəhərləniblər. Gecə təcili tibbi yardım gəlib ilkin yardım göstərib və onlara dimedrol-analgin vurub. Bildiyimiz kimi, dimedrol da yuxu gətirir. Yatmamışdan əvvəl yataqxanada qalan Tofiqə adlı qıza deyiblər ki, səhər bizi yuxudan oyadarsan, gecikmərik. Dilrubənin kəsir dərsi var idi, ora getməli idi. Qız səhər gəlib görüb ki, Şəkər keçinib. Dilrubə ilə Həmidənin ağzından köpük axır. Yenidən təcili tibbi yardım çağırıblar, o da gec gəlib. Bir saatdan sonra qızları təcili tibbi yardım maşını ilə "Semaşko"ya çatdırıblar. Bizə də səhər zəng edib məlumat verdilər".

Firuzə Quliyeva hazırda bacısı ilə Həmidənin durumunun yaxşı olduğunu bildirib: "Valideynlərim bacımın yanındadırlar. Onunla görüşüb danışıblar. Həm bacımın, həm də Həmidənin durumu yaxşıdır".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycan əhalisinin sayı artıb
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
İşğaldan azad edilən əraziyə ezam olunan iki polis ehtiyyatsız davranış səbəbindən həyatını itirdi
İşğaldan azad edilən əraziyə ezam olunan iki polis ehtiyyatsız davranış səbəbindən həyatını itirdi
Həmyerlimiz Ağayev Azər Ağa oğlunun müraciətini oxucularımıza çatdırırıq!
Həmyerlimiz Ağayev Azər Ağa oğlunun müraciətini oxucularımıza çatdırırıq!
Fuad Rzayevin çin olan arzuları və xeyir-dua gözləyən təklifləri+FOTO.
Fuad Rzayevin çin olan arzuları və xeyir-dua gözləyən təklifləri+FOTO.