Azərbaycan İdeyası

Kredit borcu olanların NƏZƏRİNƏ

Tarix:9-03-2026, 13:58
Baxış Sayı:7



Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 6,3 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği son bir ildə 17,35 faiz artıb.

Problemli kreditlərin məbləğindəki artımın əsas mühüm səbəbi kredit faizlərinin yüksəlməsi ilə bağlıdır.

Belə ki, 2025-ci ildə Azərbaycanda kredit faizlərində ciddi artım baş verib. Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, ötən il ölkədə manatla kreditlərin orta faiz dərəcəsi 16,6 faizdən 17,7 faizə qalxıb.


Bu artımda əsas rolu istehlak kreditləri oynayıb. Belə ki, 2026-cı il yanvar ayının 1-nə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi – kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 26 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 18 faiz, avtomobil kreditləri üzrə 13 faiz və digər istehlak kreditləri üzrə 22 faiz təşkil edib.


2025-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 1 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 2 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi, digər istehlak kreditləri 2 faiz bəndi, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 1 faiz bəndi artıb.

Problemli kreditlərin artmasına daha hansı faktorlar təsir edib?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, yanvar ayında problemli kreditlərin 40 faiz artması adətən bir neçə amillə bağlı olur:

“İlin əvvəlində banklar öncəki ilin yekun hesabatlarını bağlayır və gecikmiş ödənişlər daha dəqiq uçota alınır. Bu zaman vaxtı keçmiş borclar rəsmi olaraq “problemli kredit” kimi tanınır və statistikada sıçrayış görünə bilər.

Digər səbəb əhalinin və bizneslərin maliyyə vəziyyətinin zəifləməsi ola bilər. İnflyasiya, qiymət artımı və gəlirlərin eyni templə yüksəlməməsi borcalanların aylıq ödənişlərini çətinləşdirir. Xüsusilə xarici valyuta ilə götürülmüş kreditlər məzənnə dəyişiklikləri fonunda daha ağır yükə çevrilə bilər.

Mövsümi faktor da rol oynayır.

Dekabr ayında xərclər çox olur, yanvarda isə büdcə sıxılır və bəzi borcalanlar ödənişləri gecikdirir. Əgər artım davamlı xarakter alarsa, bu artıq iqtisadi aktivliyin zəifləməsi və kredit risklərinin böyüməsinin siqnalı sayıla bilər”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı