Cavid Qurbanov vəzifələrindən birini itirir: Onu kimin əvəzləyəcəyi də məlumdur
11 aprel 2023 11:33
Baxanlar: 12111
Şərhlər: 323
Çap et

Azərbaycan Voleybol Federasiyasında prezident dəyişikliyi olacaq.
Cavid Qurbanov postundan gedəcək. Bir müddət əvvəl Azərbaycan Atletika Federasiyasına prezident seçilən C.Qurbanovun hüquqi cəhətdən iki federasiyaya rəhbərlik etməsi doğru deyil. Bu səbəbdən o, postlarından birini təhvil verməli olacaq.
Cavid Qurbanovu kimin əvəzləyəcəyi də bəllidir. Kuluarlarda gəzən söhbətlərə görə, Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.
Azərbaycan Voleybol Federasiyasından Oxu.Az saytına bildirilib ki, gün ərzində məsələyə aydınlıq gəlməlidir.
|
|
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istidadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.