Azərbaycan İdeyası

Ağcabədidə 1 yaşlı körpə öldü-SƏBƏB - YENİLƏNİB

Tarix:26-01-2026, 15:55
Baxış Sayı:116



Ağcabədi Rayon Mərkəzi Xəstəxanası 1 yaşlı uşağın ölməsi ilə bağlı məsələyə münasibət bildirib.

Məlumata görə, Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 13-ü 2025-ci il təvəllüdlü azyaşlı (qadın) qıcolma spazması diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə hospilitasiya olunub.

"Daha sonra 14 yanvar tarixində azyaşılının valideyinləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Azyaşlı 16 yanvar saat 11:40 radələrində yenidən yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində azyaşlının müalicəsinə başlanılıb və müsbət dinamika müşahidə olunub. Dünən azyaşlıda yenidən qıcolmalar müşahidə olunub. Dərhal mütəxəssislərlə konsilium aparılıb. Lakin aparılan müalicə və reanimasiya tədbirlərinə baxmayaraq 25.01.2026-cı il saat 19:30 radələrində azyaşlının ölüm faktı qeydə alınıb", - məlumatda qeyd edilib.

***

10:50

Ağcabədidə 1 yaşlı körpə ölüb.

Xəbər veririk ki, yanvarın 25-i saat 17 radələrində Rəncbərlər kənd sakini 2025-ci il təvəllüdlü Zeynəb Elşad qızı Qurbanova xəstəxanada ölüb.

İlkin ehtimala görə, körpə epilepsiyadan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?