Azərbaycan İdeyası

İdmançılarımız dünya çempionu oldu

Tarix:18-06-2019, 15:53
Baxış Sayı:224



Tunisin Hammamet şəhərində Fransız boksu - Savat döyüş növü üzrə dünya çempionatına yekun vurulub. Kombat versiyası üzrə keçirilmiş mundiala 54 ölkədən 450 idmançı qatılıb. Azərbaycan sözü gedən yarışa Federasiya prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında 3 idmançı ilə qatılıb. Həmyerlilərimizdən Nurlan Qədimovla Tural Bayramov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıblar. Nəticədə hər iki idmançımız avqust ayında Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Nurlan Qədimov 5, Tural Bayramov isə 4 döyüşdə qalib gələrək öz çəkilərində ən güclü adını qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə 75 kq çəki dərəcəsində ən güclü üçlüyü tamamlayıb.
Savat idman növünün kombat versiyasının qaydalarına əsasən dünya çempionatında hər döyüşdə qalib gələn tərəf 3, məğlub olan isə 1 xal qazanır. Səhv zərbələrə görə aktivdən 1 xal silinir. Döyüş zamanı 3 cərimədən sonra kənarlaşdırılan idmançı məğlubiyyət almaqla yanaşı ümumi hesabından da 1 xal itirir. Yekunda ən çox xal toplayan idmançı qalib sayılır. Qeyd edək ki, Fransız boksu olan Savat döyüş növü 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO