Azərbaycan İdeyası

Türkiyədə güllələnən dünya çempionumuzdan AÇIQLAMA — TƏFƏRRÜAT

Tarix:17-05-2017, 15:28
Baxış Sayı:453

 Türkiyədə güllələnən dünya çempionumuzdan AÇIQLAMA — TƏFƏRRÜAT

Türkiyənin Kastamonu şəhərində yaralanan tanınmış idmançımız, kikboksinq üzrə dünya, Uşu üzrə Avropa çempionu Eldar Əlizadə “Ölkə.Az”-a danışıb.
Hazırda reanimasiyada olan idmançıyla “Ölkə.Az”-ın əməkdaşı əlaqə saxlaya bilib. İdmançı bildirib ki, baş verənlər ölkə mətbuatında olduğu kimi yazılmayıb:
“Deyildiyi kimi hadisə yerində altı yox, dörd nəfər olub. İki nəfər biz, iki nəfər isə qarşı tərəf. Bələdiyyə başkanı Tahsin Babaş orada olmayıb. Mən burada həm təhsil alıram, həm də bələdiyyə başkanının mühafizəçisi olaraq çalışıram. Qeyd etdiyim kimi atışma zamanı dörd nəfər orada olub. Yazılanlarda xeyli yanlışlıqlar var. Qarşı tərəfdən də iki nəfər yaralanıb. Mən kürəyimdən bir güllə yarası almışam”.
İdmançımız hadisəni belə xatırladığını bildirib:
“Başqan və mühafizəçilər barədə mediada xoşagəlməz məlumatlar paylaşmışdılar. Biz də bildirdik ki, xoşluqla həmin məlumatları çıxarın. Onlar isə üstümüzə silahla gəldilər və biz də məcbur olub atışdıq. Sıxışıq bir yerdə atışma oldu. Atışma zamanı 30 güllə atılıb. Mən silahsız idim. Şükür ki, dinc sakinlərdən yaralanan olmadı”.
Qeyd edək ki, mətbuatda silahlı hücum zamanı bələdiyyə sədri Tahsin Babaşın da hücuma məruz qaldığı bildirilirdi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı