Azərbaycan İdeyası

“Kontakt Home” koronavirusla bağlı işçilərinə maddi yardım ayırdı

Tarix:5-08-2020, 10:29
Baxış Sayı:182


“Kontakt Home” ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar əməkdaşlarına şirkət hesabına birdəfəlik maddi yardım ayırıb.
Pandemiya şəraitində kontakt.az – onlayn mağazası vasitəsilə müştərilərinə xidmət göstərən “Kontakt Home” mövcud şəraitlə əlaqədar əməkdaşlarının yalnız bir qisminin xidmətindən yararlana bilir.
Belə olan halda, əməkdaşlara dəstək məqsədilə şirkət rəhbərliyi iyul ayı ərzində işləməyən və ya qismən işləyən əməkdaşlarına işlədikləri müddətdən asılı olaraq 200 manatadək birdəfəlik maddi yardım ayırıb.
Eyni zamanda, şirkət onlara əməkhaqlarının maddi yardımdan əlavə hissəsini avans şəklində almaq imkanını da verib.
Bundan əlavə, “Kontakt Home” mağazalar şəbəkəsindən hissəli alışla məhsul əldə etmiş və pandemiya ilə əlaqədar ödəniş etməkdə çətinlik çəkən əməkdaşlara ödənişlər üçün karantin müddətinin sonunadək möhlət də verilib.
Qeyd edək ki, cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən “Kontakt Home” pandemiyanın ölkəmizdə qeydə alındığı ilk gündən koronavirus və onun mənfi iqtisadi təsirləri ilə aktiv mübarizə tədbirləri həyata keçirir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO