Azərbaycan İdeyası

MAYIN 4-DƏN SONRA SOSIAL MÜAVINƏTLƏRI ALMAQ OLACAQ? - RƏSMİ AÇIQLAMA

Tarix:27-04-2020, 15:21
Baxış Sayı:146


Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.
Korrupsiya-q.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
O deyib ki, ünvanlı dövlət yardımların ödənişi aprelin 28-də keçiriləcək. Məqsəd cari ay ərzində müraciət etmiş bütün ailələrin bu ay ərzində sosial yardımları almasına kömək etməkdir:
"Vətəndaşları bankomatlar qarşısında sıxlıqdan qorumaq məqsədilə istənilən bankomatdan pensiya, müavinət, sosial yardım, təqaüdü heç bir rüsum tutulmadan almaq üçün şərait yaradılıb. Bu halda onlar bütün vəsaitlərini tam şəkildə alacaqlar. Bununla bağlı razılıq xüsusi karantin rejiminin tətbiq edildiyi müddətə aiddir. Karantin rejimi mayın 4-də bitsə belə, bu, may ayında da qüvvədə olacaq. Bununla biz yenə də vətəndaşlarımızı virusa yoluxmadan qoruyuruq".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı