Azərbaycan İdeyası

Bill Qeytsin xeyriyyəçiliyi- 1,5 milyard 06.02.15 | 01:40 | Xəbər 379 dəfə oxunub

Tarix:6-02-2015, 10:59
Baxış Sayı:0

“Bloomberg” agentliyi “Gates Foundation Asset Trust” şirkətinin nümayəndəsi Emi Enrayta istinadən yazır ki, “Microsoft”un yaradıcısı Bill Qeyts proqram şirkətinin 1,5 milyard dollar məbləğində səhmini bu şirkətə ayırıb.




“Microsoft” şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja üzrə Komissiyasına (U. S. Securities and Exchange Commission) göndərdiyi sənəddə bu informasiya öz əksini tapıb. Sənəddə yazılıb ki, Bill Qeyts proqram nəhənginin 31 milyon səhmini bu şirkətə ianə edib. Onun varidatı 82,9 milyard dollar məbləğində qiymətləndirilir.

“Gates Foundation Asset Trust” şirkəti Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeyts tərəfindən yaradılmış xeyriyyəçilik fondunun investisiyalarını idarə edir.

2015-ci il yanvarın sonunda bu fond yoxsul ölkələrdə uşaqların peyvənd edilməsi üçün Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansa 1,55 milyard dollar ayırıb. Son 15 ildə Qeyts bu alyansa təxminən 4 milyard dollar ayırıb. 2014-cü ilin sentyabrında “Bill and Melinda Gates Foundation” “Ebola” virusu ilə mübarizəyə 50 milyon dollar ayırıb.

OXŞAR XƏBƏRLƏR
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO
Prezident​ qanun imzaladı
Prezident​ qanun imzaladı
Rufa Hüseynova VƏFAT ETDİ+FOTO
Rufa Hüseynova VƏFAT  ETDİ+FOTO
Bu günün havası
Bu günün havası
Xamenei hücumlarda öldürüldü - RƏSMİ
Xamenei hücumlarda öldürüldü - RƏSMİ
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Parlamentin iclası başladı
Parlamentin iclası başladı