Azərbaycan İdeyası

Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

Tarix:10-01-2017, 15:05
Baxış Sayı:352

Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.
"Forbes" jurnalı xəbər verir ki, ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib. Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.
Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.
"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.
D. Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşma nümayiş etdirib.
Qeyd edək ki, D. Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 mlrd. dollar artıb.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.(APA)

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib