Azərbaycan İdeyası

"Üçüncü devalvasiya baş verdi"

Tarix:6-09-2016, 10:30
Baxış Sayı:353

"Üçüncü devalvasiya baş verdi"
Manatın ucuzlaşması, dollar qıtlığının yaranması və bankların dollar satışının dayandırması “qara bazar”ı daha da akrivləşdirib. Maraqlı məqam budur ki, dollar satışını dayandıran bankların sayının 25-ə çatmasına və satışı davam etdirən bankların 100-200 dollarlıq limit qoymasına baxmayaraq, “qara bazar”da bu valyutanı tapmaq asandır. Bu gün istənilən qədər dolları “qara bazar”da tapmaq mümkündür. Sual yaranır ki, “qara bazar” dolları haradan tapır? Bank üzrə ekspert Əkrəm Həsənov Qaynarinfo.Az-a açıqlamasında bu və digər sualları cavablandırıb.

Ekspert bildirib ki, “qara bazar”ın arxasında elə banklar dayanır: “Dollar qıtlığının obyektiv səbəbləri var. Çünki Mərkəzi Bank və Neft Fondu kifayət qədər dollar satmır. Banklar da yaranmış vəziyyətdən sui-istifadə edirlər. Banklara da dolları “qara bazar”da satmaq sərf edir. Çünki Mərkəzi Bankın rəsmi məzənnəsindən asılı olaraq alış məzənnəsi maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı müəyyən edilib. Qoyulan limit (marja) banklara sərf etmədiyindən “qara bazar”dan istifadə edir.

Nəzarəti isə Maliyyə Bazarlarına Nəzarət Palatası aparır. Palata yalnız banklara nəzarət etdiyindən “qara bazar”a müdaxilə edə bilmir. Buna hüquq-mühafizə orqanları nəzarət etməlidi. Amma o da yetərincə deyil. Çünki adi küçə ticarəti ilə məşğul olan adamı polis dərhal aşkarlayır. Ancaq valyuta satışı ilə məşğul olanlara isə şərait yaradılır. Mərkəzi Bank və Neft Fondu bankların tələbatına uyğun məbləğdə dollar satsaydı, qıtlıq yaranmazdı. Bu zaman banklar da ehtiyaclarını ödəyən qədər dollar əldə edərdi. Belə çıxış ki, dollar qıtlığını Mərkəzi Bank özü yaradır.

Bunun da müəyyən səbəbləri var. Amma onu deyə bilərəm ki, artıq üçüncü devalvasiya baş verib. Sadəcə olaraq, Mərkəzi Bank siyasi və ya digər məsələlərə görə bunu açıqlamır". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO